Təhsil müəssisələrində pedaqoji Şuralarla bağlı vacib məqamlar

Təhsil müəssisələrində pedaqoji Şuralarla bağlı vacib məqamlar

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Pedaqoji Şuralarla bağlı aşağıdakı əsas məqamların diqqətdə saxlanılmasını tövsiyə edirik:
1. Məqsədəuyğundur ki, Pedaqoji Şurada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı məktəb direktorunun əmri ilə müvafiq işçi qrupları yaradılsın. Həmin işçi qrupları verilən tapşırıqlar əsasında müzakirəyə çıxarılacaq məsələ ilə bağlı araşdırma, müzakirə aparıb xüsusi arayış, qərar layihəsi hazırlasınlar; 
2. Hazırlanan sənəd layihələri Direktoryanı müşavirədə müzakirə edildikdən sonra Pedaqoji Şuranın gündəliyinə salınsın;
3. Bəzi məktəblərin Pedaqoji Şurasının protokolları ilə tanışlıq göstərir ki, belə sənədlərdə qərar layihəsinin səsverməyə çıxarılması yazılmır. Məktəbin rəhbərliyi bunu qərarın direktorun əmri  ilə rəsmiləşdirilməsi ilə əsaslandırır, belə səsverməyə ehtiyac olmadığını bildirirlər. Ancaq bu, belə deyil. Protokolun qanunvericilklə təsdiq olunmuş standart forması var. Pedaqoji Şuranın protokolları tərtib olunarkən qanunvericiliyin tələblərinə əməl olunmalı, qərar layihələri səsverməyə çıxarılmalı və bu barədə sənəddə müvafiq təsdiqedici qeydlər olmalıdır;   
3. Məsləhətdir ki, Pedaqoji Şurada çıxış edənlərin məruzələri, Şuranın müzakirəsinə təqdim edilən qərarların, arayışların, hesabatların layihələri protokollara əlavə kimi qeyd olunmaqla saxlanılsın.
4. Pedaqoji Şura üzvlərini yormamaq, onlarda əlavə gərginlik yaratmamaq və iclasların interaktiv, canlı keçirilməsini təmin etmək üçün hesabatların və çıxışların Power Point proqramının köməyi ilə hazırlanmış xüsusi slaydlardan istifadə olunmaqla edilməsi yüksək effekt verərdi;
5. Şikayəti olan valideynlərin iclasda məşvərətçi səslə iştirakı təmin olunmalıdır;
6. Məqsədəuyğundur ki, Pedaqoji şuranın illik fəaliyyət planı və qərarları məktəbdə lövhədən asılsın, rəsmi saytı və sosial şəbəkələrdə səhifəsi varsa, orda yerləşdrilsin. Bu, məktəb idarəetməsində şəffaflığın bariz nümunəsi olardı.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər