Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

ƏMAS-dakı məlumatlar əmək kitabçasını əvəz edir?

  • Əsas səhifə
  • Xəbərlər
  • 0 Komment
  • 08 Avqust 2023

ƏMAS-dakı məlumatlar əmək kitabçasını əvəz edir?

Satışı yalnız kitabxanalarda davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Maraqlı suallardan biri işçinin əmək məzuniyyətinin müəyyənləşdirilməsi zamanı əmək stajını hesablamaq üçün “Köhnə müqavilələr”də olan məlumatlardan istifadə etməyin mümkünlüyü barədədir. Qeyd edilən məsələ ilə bağlı bildirmək istəyirik ki, elektron informasiya sisteminə məlumatların daxil edilməsi 2014-cü ildən etibarən tətbiq edilir. Amma bu, həmin dövrə qədər olan məlumatların sistemdə əks olunmaması anlamına gəlmir.
Mİsal 1. İşçi 30 noyabr 1998-ci ildə işə qəbul edilib və 29 sentyabr 2017-ci ildə işdən azad olunub. İşçi ilə bağlı məlumatlara “Köhnə müqavilələr”də rast gəlmək mümkündür. Çünki 2014-ci ildə elektron informasiya sisteminin tətbiqi zaman həmin əmək müqaviləsi aktiv olub.
Mİsal 2.  5 mart 2012-ci ildə işə qəbul edilən işçi 30 aprel 2013-cü ildə işdən azad olunub. İşçinin işlədiyi dövr (2012-2013-cü illər) elektron informasiya sisteminin tətbiqindən öncəyə təsadüf etdiyi üçün məlumatlar ƏMAS altsistemində yerləşdirilməyib.
Digər məqam ondan ibarətdir ki, Əmək Məcəlləsinin tətbiq edildiyi bəzi iş yerləri üzrə elə vəzifələr var ki, elektron informasiya sisteminə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı” təsdiq edilib:
- Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;
- təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;
- seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;
- prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr; 
- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.
Mİsal 3. İşçi 10 mart 2018-ci il tarixdən gömrük orqanında xüsusi rütbəli vəzifəli şəxs kimi çalışıb və 10 iyul 2022-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilib. Həmin vəzifə Prezidentin fərmanı ilə tənzimləndiyi üçün işçinin məlumatları elektron informasiya sisteminə daxil edilməyib.
Misallardan göründüyü kimi, işçinin əmək stajını müəyyənləşdirərkən ƏMAS altsistemindəki məlumatların əmək kitabçasını əvəz etməsini birmənalı şəkildə demək olmaz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    06 May 202616:35

    ƏLA XƏBƏR! İşçilər əmək haqlarını istədikləri bankdan ala biləcəklər

    16 Aprel 202614:19

    İstifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya vahid bəyannamədə necə əks olunmalıdır? (Misalla izah)

    15 Aprel 202609:19

    Dövlət qurumundan ƏMAS platformasında işəgötürənlərə faydalı addım

    16 Aprel 202613:06

    ƏMAS platformasında proaktiv hesablama ilə əlaqədar məzuniyyət əmri üzrə YENİ TƏLƏB

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Maliyyə

    ƏLA XƏBƏR! İşçilər əmək haqlarını istədikləri bankdan ala biləcəklər.

    • 06 May 2026

    Maliyyə

    Mərkəzi Bankın sədri: "Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan yüzlərlə köçürmə daxil olur".

    • 06 May 2026

    Məqalələr

    Xəstəlik müavinəti üzrə maksimum məbləğ necə müəyyən olunur?.

    • 06 May 2026

    Təlimlər

    5 may 2026-ci il tarixdə keçirilən “Müavinətlər: A-dan Z-yə” mövzusunda növbəti tematik təlimin iştirakçıları haqqında məlumat.

    • 06 May 2026

    Məqalələr

    ƏLA YENİLİK! DSMF tərəfindən proaktiv qaydada ilk ödəniş həyata keçirildi.

    • 04 May 2026

    Təlimlər

    25 aprel 2026-cı il tarixli tematik təlimin iştirakçıları haqqında məlumat.

    • 27 Aprel 2026

    Məqalələr

    Fuad Heydərov “sonuncu əmək haqqı”nın müəyyən edilməsinə aydınlıq gətirdi (4-cü yazı).

    • 23 Aprel 2026

    Məqalələr

    "Atalıq”, təhsil və yaradıcılıq məzuniyyəti: Sonuncu əmək haqqı tətbiq olunacaq? – RƏSMİ CAVAB.

    • 22 Aprel 2026

    Məqalələr

    RƏSMİ MÖVQE: Fuad Heydərov “atalıq” məzuniyyəti ilə bağlı əsas tələbi açıqladı.

    • 21 Aprel 2026

    Məqalələr

    DİQQƏT: Vahid bəyannamədə işçi üzrə məlumat qeyd edilsə də, kameral uyğunsuzluq məktub göndərilir.

    • 21 Aprel 2026

    Məqalələr

    ƏMAS altsistemində işçilərin təlimatlandırmasının qeydiyyatı ilə bağlı YENİLİK.

    • 21 Aprel 2026

    Məqalələr

    Vahid bəyannamədə həyatın yığım sığortası necə göstərilməlidir?.

    • 20 Aprel 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur