Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Tural Məmmədovun təqdimatında: İşçilərin məmnunluq sorğusu

  • Əsas səhifə
  • Xəbərlər
  • 0 Komment
  • 25 İyul 2023

Tural Məmmədovun təqdimatında: İşçilərin məmnunluq sorğusu

AİRA-nın həmtəsiçisi və idarə heyətinin üzvü Tural Məmmədovun insan resurslarının idarə olunması ilə bağlı məqaləsini təqdim edirik

İnsan resurslarının idarə edilməsi sahəsində fəaliyyət göstərən bir çox peşəkar şəxslər çalışdıqları qurumun əməkdaşlarının qurumdan məmnunluq səviyyələrinin ölçülməsi praktikası ilə rastlaşmış və rastlaşacaqdır. Bu məqsədlə bu dəfəki yazıda işçilərin qurumdan məmnunluq səviyyələrini müəyyən edə bilmək üçün təklif edilən sual nümunələrini paylaşıram. Düşünürəm ki, bu suallar əməkdaşların müxtəlif faktorları nəzərə almaqla məmnunluq səviyyəsinin ölçülməsində faydalı olacaqdır. Həmçinin sorğunu keçirməyin nəticə əldə etməkdə çox kiçik bir hissə olduğunu və əsas hissənin məhz bu sorğunun təhlili ilə bağlı olduğunu bildirirəm. Əmin olun ki, çox nadir hallarda siz obyektiv bildirilmiş rəylərlə rastlaşacaqsınız. Əgər qurum yaxud da qurumu idarə edənlər müəyyən qədər vəsait xərcləməyə meyllidirlərsə o zaman onlar sorğunun keçirilməsi üçün ən optimal yolun 3-cü tərəflər olacağını bildirəcəkdir. Çox da inanmayın. Əlbəttə ki, bu fikri dəstəkləyən və təsdiqləyən bir çox konsultasiya qurumu var. Bunu başa düşmək təbiidir. Lakin istənilən halda müəyyən kiçik rəqəmsal həllər ilə sorğulara verilən rəyləri subyektivlikdən müəyyən qədər də olsa arındırmaq mümkündür. Odur ki, qurumunuzdakı vəziyyətə uyğun olaraq aşağıdakı məsələlərdən istifadə etməklə özünüz daxili imkanlarınızda sorğu keçirə bilərsiniz. Xam datanı əldə etdikdən sonra isə data sahəsində müəyyən praktiki bilik və bacarıqları olan kolleqalarınızla bu nəticələri çox peşəkar qaydada təhlil edə, onları qruplaşdıra, rəy və təkliflərinizi bildirə bilərsiniz.

  1. Fəaliyyətimlə bağlı qayda və prosedurlardan, əmək funksiyalarımı yerinə yetirmək üçün zəruri olan sənədlərdən, habelə ümumi yanaşma və siyasətdən məlumatlıyam.
  2. İş bölgüsü aparılarkən ədalət prinsipi qorunur və işçilərin potensial imkanları və onların vaxtının səmərəli idarə edilməsi nəzərə alınır.
  3. İş yerimə gedib-gəlmək üçün nəqliyyat məsələlərində çətinliyim var.
  4. İş yerim zəruri olan təmizlik vasitələri ilə təmin olunmuşdur və gigiyena tələbləri qorunur.
  5. Nahar üçün verilən şəraitdən, təminatdan, yeməklərdən razıyam.
  6. İdman və sağlamlıq üçün verilən təminatdan razıyam.
  7. Ofisdəki oturma planı (yerlərin bölgüsü) məni qane edir.
  8. Ofisdəki əmək şəraiti (səs, işıqlandırma, havalandırma, temperatur) məni qane edir.
  9. Şirkətdəki sağlamlıq, əməyin mühafizəsi təhlükəsizliyinin təmin edilməsi fəaliyyətlərindən razıyam.
  10. Daxili kommunikasiya tədbirləri məni qane edir.
  11. Aldığım əmək haqqının qarşılığına uyğun olaraq xidmət göstərirəm.
  12. Aldığım əmək haqqı məni qane edir.
  13. Birbaşa işlədiyim rəhbər mənə qarşı nəzakətli və ədalətli davranır.
  14. Şirkətin rəhbəri mənə qarşı nəzakətli və ədalətli davranır.
  15. Birbaşa rəhbərim fikir, təkliflərimə və şikayətlərimə qulaq asır və həll olunması üçün tədbirlər görür.
  16. Bu şirkətdə, ümumiyyətlə, fikir, təklif və şikayətlərə qulaq asılır və həll olunması üçün tədbirlər görülür.
  17. İşlədiyim struktur bölmə üzrə əməkdaşlar arasındakı işgüzar münasibətlərin səviyyəsi məni qane edir.
  18. Əməkdaşlar arasındakı işgüzar münasibətlərin səviyyəsi məni qane edir.
  19. Daxili strukturlar bir-biriləri ilə sinxronizasiyalı formada işləyir.
  20. Adaptasiya müddəti zamanı həyata keçirilən prosedurlar, tədbirlər, yeni işçilərin işə uyğunlaşdırılması ilə bağlı görülən işlər məni qane edib.
  21. İşə qəbulum zamanı edilmiş prosedurlar məni qane etmişdir.
  22. İşimi icra edə bilməyim üçün zəruri olan texniki avadanlıqlarla təmin olunmuşam (kompüter, printer, telefon, alət, avadanlıq və.s).
  23. Göstərilən İKT (informasiya kommunikasiya texnologiyaları) xidmətlərindən razıyam.
  24. Bu şirkətdə karyera inkişafı (başqa işə keçirilmə, vəzifə yüksəlişi və s.) üçün lazımi şərait yaradılmışdır.
  25. Mənim gördüyüm işlər rəhbərlik tərəfindən kifayət qədər qiymətləndirilir və təqdir edilir.
  26. Bu şirkətdə işçinin fərdi və peşəkar inkişafı üçün lazımi tədbirlər (təlimlər, sertifikasiya və s.) görülür.
  27. Rəhbərlikdən bütün faktorları nəzərə alaraq, məmnunluq səviyyəm yüksəkdir. Bu rəhbərliklə hər zaman işləmək istəyərəm.
  28. Kollektivdən bütün faktorları nəzərə alaraq, məmnunluq səviyyəm yüksəkdir. Özümü bu kollektivin tərkib hissəsi kimi görə bilirəm.
  29. Bu şirkətdən bütün faktorları nəzərə alaraq, məmnunluq səviyyəm yüksəkdir. Bu şirkətdə məmnunam və rahatam.
  30. Əlavə təklif və şikayətləriniz varsa buraya qeyd etməyiniz xahiş olunur:

Sorğunu keçirən zaman yuxarıda qeyd edilən məsələlərə münasibət bildirilməsi üçün əlbəttə müəyyən bir şkala təklif etmək lazımdır. Əmin ola bilərsiniz ki, təklif edəcəyiniz bu şkalanın pillələrinin sayı və rəy başlıqları sizin düzgün nəticə əldə etməyiniz üçün çox əhəmiyyətlidir. Bu baxımdan, istər xidməti fəaliyyətin qiymətləndirilməsi, istər məmnunluq sorğusu kimi subyektiv rəylərdən asılı olan hallarda hər zaman 6 pilləli qiymətləndirmə şkalası təklif və tətbiq etmişəm. Məsələn bu halda yuxarıdakı məsələlərə münasibət bildirmək üçün sorğu iştirakçılarına aşağıdakı təklifləri təqdim etmək olar:

  • Tamamilə razıyam;
  • Razıyam;
  • Qismən razıyam;
  • Razı deyiləm;
  • Qismən razı deyiləm;
  • Qətiyyən razı deyiləm.

Bu rəylərə əsasən qiymətləndirməni edən zaman isə əlbəttə həmin rəylərin əmsallaşdırılması şərti ortaya çıxır. Məhz bu şkalada əmsallaşdırmanı 1-dən deyil, 0-dan başlamaq daha düzgündür. Əks halda siz orta göstəricini süni şəkildə şişirtmiş və rəhbərliyə süni data təqdim etmiş olacaqsınız. Çünkü qətiyyən razı olmamaq 1 deyil, 0 dəyər mənasını verir. Və dolayısı ilə 1/6 (0,16(6)) əmsalı ilə nəticədə 16,6(7)% kimi deyil, 0/5 əmsalı ilə 0% olaraq nəzərə alınmalıdır. Təbii ki, bu halda ən yüksək rəy olan "tamamilə razıyam" seçimi istər 6/6 (1) əmsalı ilə, istərsə də 5/5 (1) əmsalı ilə qiymətləndirilsin, bu bir fərq etmir və nəticəyə 100% ilə təsir edir.

Bəs niyə 6 pilləli qiymətləndirmə şkalası?

Çünkü:

2 pilləli qiymətləndirmə şkalası

2 pilləli qiymətləndirmə şkalası: Bu şkalada rəylər qəti və aqressiv (müsbət və yaxud mənfi mənada) formada ifadə ediləcəkdir. Müsbət və yaxud mənfi istiqamətdə qərəzin olma ehtimalı yüksəkdir. Rəylər yalnız 2 şkala üzrə cəmləşdiyindən nəticələri təhlil etmək çətin olur.

3 pilləli qiymətləndirmə şkalası

3 pilləli qiymətləndirmə şkalası: Bu qiymətləndirmə şkalasında iştirakçılar qəti fikir bildirməməyə, orta mövqe tutmağa meylli olur. Cavabların əksəriyyətinin orta şkalada yığılması ehtimalı yüksəkdir.

4 pilləli qiymətləndirmə şkalası

4 pilləli qiymətləndirmə şkalası: 4 pilləli qiymətləndirmə şkalası iştirakçıların cavablarının əksəriyyətinin orta mövqedə yığılması ehtimalını azaldır. Lakin şkala üzrə təklif edilmiş və qəti fikri bəyan edən “sol” və “sağ” rəylərindən yayınıb yenidən nisbətən orta mövqelərdə qərar tutulur. Bu da öz növbəsində real təhlil üçün diversifikasiya olunmuş datanı vermir və orta mövqelərdə cəmləşmiş rəylərin yenidən şaxələndirilməsinə ehtiyac yaranır.

5 pilləli qiymətləndirmə şkalası

5 pilləli qiymətləndirmə şkalası: Təcrübə onu göstərir ki, “Sol” və “sağ” cavabları nadir hallarda seçilir. Rəylərin əksəriyyəti “Orta-sol”, “orta” və “Orta-sağ”da cəmlənir. Mövqe bildirməkdən çəkinən iştirakçılar və planlı şəkildə cavablandıran iştirakçıların əksəriyyətinin orta seçimi etmə ehtimalı yüksəkdir. Yenidən ortada olan cavabların əslində sağa və yaxud sola meylli olub-olmamasının müəyyənləşdirilməsində çətinlik olur.

6 pilləli qiymətləndirmə şkalası

6 pilləli qiymətləndirmə şkalası: İştirakçılar çox xüsusi bir müstəsna hal olmadığı təqdirdə “ən sol” və “ən sağ” rəylərindən yayınır. Orta göstərici olmadığı üçün iştirakçıların geri qalan hissəsi məsələlərə “sol”, “orta-sol”, “orta-sağ”, “sağ” olmaqla həqiqi 4 pilləli şkalada rəy bildirir. Rəylər kifayət qədər diversifikasiya edildiyi üçün təhlil etmək imkanları genişlənir.

Odur ki, şərq cəmiyyətində subyektiv rəylərin alınması ilə rastlaşdığınız hallarda 6 pilləli qiymətləndirmə şkalsından istifadə edin.

Sorğunu keçirmək üçün kiçik daxili imkanlarla yanaşı, "google.docs", "surveymonkey" kimi alətlərdən istifadə etmək mümkündür.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    16 Dekabr 202513:36

    ƏMAS altsistemində YENİLİKLƏR! Bəzi işçilərin əmək məzuniyyəti və iş vaxtına məhdudiyyətlər tətbiq edildi

    22 Dekabr 202515:58

    Dövlət qurumu tərəfindən ƏMAS altsistemində işəgötürənlərə kvota və inzibati cərimə ilə bağlı xəbərdarlıq

    19 Dekabr 202500:08

    Aqil Ağayevin təqdimatında: Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanmasının yeni qaydası

    17 Dekabr 202523:52

    MÜHÜM DƏYİŞİKLİK: Məzuniyyət zamanı işçinin məzuniyyət haqqının sonuncu əmək haqqı ilə müqayisəsi (NÜMUNƏLƏRLƏ)

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    Anar Bayramovun təqdimatında: Kişilər üçün nəzərdə tutulan ödənişli məzuniyyət necə hesablanacaq?.

    • 25 Dekabr 2025

    Məqalələr

    Anar Bayramovun təqdimatında: İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər.

    • 23 Dekabr 2025

    Məqalələr

    Dövlət qurumu tərəfindən ƏMAS altsistemində işəgötürənlərə kvota və inzibati cərimə ilə bağlı xəbərdarlıq.

    • 22 Dekabr 2025

    Məqalələr

    Mehdi Babayevin təqdimatında: müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə görə təqdim olunan elektron qaimə-fakturanın vaxtı üzrə DƏYİŞİKLİK.

    • 19 Dekabr 2025

    Məqalələr

    Aqil Ağayevin təqdimatında: Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanmasının yeni qaydası.

    • 19 Dekabr 2025

    Məqalələr

    MÜHÜM DƏYİŞİKLİK: Məzuniyyət zamanı işçinin məzuniyyət haqqının sonuncu əmək haqqı ilə müqayisəsi (NÜMUNƏLƏRLƏ).

    • 17 Dekabr 2025

    Məqalələr

    ƏMAS altsistemində YENİ MƏHDUDİYYƏT — sorğulanma ilə bağlı LİMİT tətbiq edilib.

    • 17 Dekabr 2025

    Sual-cavab

    İşçilərin özünə və ya üçüncü tərəfə ödənilən yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunur?.

    • 17 Dekabr 2025

    Sosial

    ƏMAS altsistemində YENİLİKLƏR! Bəzi işçilərin əmək məzuniyyəti və iş vaxtına məhdudiyyətlər tətbiq edildi.

    • 16 Dekabr 2025

    Qanunvericilik

    DİQQƏT! Əmək Məcəlləsində təklif edilən dəyişikliklər paketi açıqlandı (FAYL Şəklində).

    • 15 Dekabr 2025

    Sosial

    DİQQƏT! Dövlət sektorunda çalışanların icbari sığortalanmasını sığorta şirkəti yox DSMF həyata keçirəcək.

    • 12 Dekabr 2025

    Qanunvericilik

    2026-cı il üçün iş vaxtı normasının və istehsalat təqvimi təsdiqləndi.

    • 11 Dekabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur