Masallıda vergi orqanının əməkdaşları müxtəlif növ spirtli içkiləri siyahıya aldı

Masallıda vergi orqanının əməkdaşları müxtəlif növ spirtli içkiləri siyahıya aldı

Dekabr ayının 6-da 6 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları Masallı rayonu, Seybətin küçəsi, ev 1A ünvanda yerləşən “Fəxrəddin-K” MMC-yə məxsus (VÖEN: 6400011761) kərpic zavodunda  əmlakın siyahıya alınması tədbirləri keçirmişlər.  Müəssisənin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 6 min 873,33 manat vergi borcunun yarandığı müəyyən edilmiş, cari ilin noyabr ayının 15-də yaranmış vergi borcu ilə əlaqədar olaraq  ona bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ödənilmədiyindən onun bank hesablarına Sərəncam qoyulmuşdur.

 Noyabr ayının 27-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi kərpic zavodunda əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və  obyektdəki 7 min 100 manatlıq kərpic istehsal edən aqreqat və kərpic məmulatları müvafiq qaydada siyahıya alınmışdır.

Həmin gün vergi xidməti əməkdaşları Masallı rayonu, C.Cabbarlı küçəsi, ev 10/10 ünvanında yerləşən fiziki şəxs Həşimov Natiq Soltanağa  oğluna məxsus (VÖEN: 6400035492) mağazada da əmlakın siyahıya alınmasını həyata keçirmişlər. Vergi ödəyicisinə 5 noyabr 2012-ci tarixdə vergi borcu haqqında bildiriş göndərildikdən sonra ona məxsus əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış, mağazadakı 1 265 manat dəyərində olan müxtəlif növ spirtli içkilər  müvafiq qaydada siyahıya alınmışlar.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər