2012-ci ilin yanvar-mart aylarında ən çox hansı vergi üzrə vəsait dövlət büdcəsinə daxil olub?

2012-ci ilin yanvar-mart aylarında ən çox hansı vergi üzrə vəsait dövlət büdcəsinə daxil olub?

2012-ci ilin yanvar-mart aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 390 milyon 405,7 manat təşkil edib.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, vergi daxilolmalarının 35 faizi mənfəət vergisinin, 25,6 faizi əlavə dəyər vergisinin, 12,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,9 faizi aksizlərin, 18,8 faizi isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə 791,7 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 16,4 faiz çoxdur.

Yanvar-mart aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 18 min 994, 2011-ci ilin iyul ayının 1-dən cari ilin aprel ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 21 min 478 olub. 1 aprel 2012-ci il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 436737 olub.

2012-ci ilin yanvar-mart ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,5 faiz təşkil edib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər