SOCARda işləyən şəxsdən qəribə addım

SOCARda işləyən şəxsdən qəribə addım

Şirkətin “Azneft” dairəsində yerləşən baş ofisində baş verən hadisə hamını şoka saldı...

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) intihar hadisəsi baş verib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şirkətin “Azneft” dairəsində yerləşən baş ofisində qeydə alınıb.

ARDNŞ-in sosial inkişaf idarəsinin təsərrüfat işçisi Kamran Seyidov baş ofisin binasında təsərrüfat işləri ilə məşğul olarkən otaqlardan birinə daxil olaraq orada özünü asıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-ya faktı təsdiqləyib.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər