Hansı Nazirlik öz-özünü maliyyələşdirən müəssisələrdə əmək haqqı artımını etdi?

Hansı Nazirlik öz-özünü maliyyələşdirən müəssisələrdə əmək haqqı artımını etdi?

Kollegiya İclasının qərarına əsasən, nazirliyin özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqqıları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq...

Azərbaycanda daha bir işçi qrupunun maaşı artırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Məlumatda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 2013-cü ildə bir sıra sərəncamlar imzalayıb. Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən işçilərin əməkhaqqıları 10  faiz həcmində artırılıb. Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinə uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş Kollegiya İclasının qərarına əsasən, nazirliyin özü-özünü maliyyələşdirən müəssisələrində çalışan işçilərin əməkhaqqıları oktyabr ayının 1-dən etibarən 10 faiz artırılacaq.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər