Vakansiya! British Council-dən sərfəli təklifi
Layihədə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilər.
Şirkətin Adi: British Council
Vəzifə: Jurnalistlər üçün peşəkar inkişaf proqramı
Yüklenib/ Son tarix: 19 sentyabr / 20 oktyabr
İş yeri: Baku
Contact Email: [email protected]
Əlaqə telefonu: (012) 497 15 93
Biznes Jurnalistika Layihəsi
“British Council” və PAŞA Bank, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan edirlər.
Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.
2013-cü ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10-15 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı fəal iştirak və yekun müsahibə nəticəsində seçilmiş 2 iştirakçı Böyük Britaniyada Tomson Fondu təşkilatı tərəfindən təşkil edilmiş yay təçrübə proqramında iştirak edəcəkdir. Layihə çərçivəsində iştirakçılara biznes jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcəkdir.
Bildirmək istərdik ki, layihədə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilər.
Qeyd: Əvvəlki Biznes Jurnalistika layihəsində iştirak edən iştirakçılar bu layihəyə yenidən müraciət edə bilməzlər.
Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:
Məqalə yazma tərzləri
Oçerklərin yazılması
Reportajların hazırlanması
Xəbərlərin yazılması
Müsahibə alma texnikası və praktikası
Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:
İqtisadiyyat jurnalistikası
Biznes jurnalistikası və onlayn media
Etika qaydaları, məlumatın balanslı və doğru çatdırılması
Seçiləcək iştirakçılardan tələb olunanlar:
Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli
Bütün təlim kurslarında iştirak edə bilməli
3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla noyabr 2013, yanvar və aprel 2014-də keçiriləcəkdir )
Böyük Britaniyada yay təcrübə proqramı
Qeyd: İştirakçıların bütün təlim kurslarında iştirak etməsi mütləqdir!
Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:
Ərizə forması və inşalar
Yerli təlimlər və ingilis dili kurslarında iştirak üçün ilkin müsahibələrin keçirilməsi
Böyük Britaniyada keçiriləcək yay təcrübə proqramı üçün (yerli təlimlərdən sonra) müsahibələrin keçirilməsi
Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az yükləməlidirlər. Doldurulmuş ərizə formaları və CV-lər 2013-cü il 20 sentyabr tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidirlər.
Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.
Əlavə məlumat üçün əlaqə saxlayın:
Könül Əhmədova
Programlar üzrə İcraçı
British Council Azərbaycan
T + 994 12 497 15 93
+ 994 12 497 20 13
F + 994 12 498 92 36
British Council bərabər imkanlar siyasətinin tərəfdarıdır və müxtəlifliyi təbliğ edir.
Mənbə:azerjobs.com
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur
0 Komment
Şərh yazın