İşəgötürənlər üçün bəd xəbər..

İşəgötürənlər üçün bəd xəbər..

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək cəriməni 5000 manata qaldırır

Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrə görə cəzalar sərtləşdirilir.APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.


Dəyişikliyə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1500, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, bu dəyişikliklər sığorta olunanlar və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi məqsədi ilə edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər