
VAKANSİYA! Konsaltinq Şirkətinə Maliyyə ASSİSTENTİ işləmək şansı
Firma adı: İNTEX Audit and Consulting MMC
Vakansiya: Maliyyə assistenti/Administrativ assistent
Tələblər:
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi olmalı;
• Vergi və Əmək Məcəlləsi haqqında məlumatlı olmalı;
• İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını bilməli;
• Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, Statistika) işləmə bacarığı olmalı;
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• Fikrini izah etmək qabiliyyəti, ünsiyyət qurmaq və yaranmış problemləri operativ həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı,işdə punktuallıq vacibdir.
Vəzifələr:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin icrası;
Kassa və bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi-hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Debitor və kreditor hesablaşmaların aparılması;
Əmək haqqı, məzuniyyətlərin hesablanması;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
Maliyyə direktorunun qonaqlarının qarşılanması və yönləndirilməsi;
Ofis şəraitinə nəzarət olunamsı (ofis təmizliyinin təşkili, ofis avadanlıqlarına olan tələbatın müəyyənləşdirilməsi və alınmasının təşkili);
Məktubların, prezentasiyaların və hesabatların hazırlanması;
Tələbat yarandıqda maliyyə müdirini iclaslarda müşayiət etmək və qeydlər aparmaq.
İş şəraiti:
AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə;
6 günlük iş rejimi (I-V günlər 09:00-18:00, VI gün 09:00-13:00);
Nahar ilə təminat;
Əmək haqqı – 500 AZN
Əlaqə:
Uyğun namizədlər CV formalarını mövzu bölməsinə vakansiyanın adını qeyd etməklə [email protected] email adresinə göndərə bilərlər.
0 Komment
Şərh yazın