
VAKANSİYA! Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən İŞ ELANI
Təhsil tələbləri: mühasibat ucotu və audit, maliyyə və kredit, iqtisadiyyatın tənzimlənməsi, əməyin iqtisadiyyatı və sosialogiyası, xəzinə əməliyyatlarının uçotu, iqtisadi nəzəriyyə, iqtisadi siyasət , istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə) ixtisas istiqamətləri üzrə ali təhsil
Staj tələbi: 1 il ümumi iş stajı
Maliyyə Nazirliyi Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, 5 saylı Regional Maliyyə Müfəttişliyi,
baş məsləhətçi-nəzarətçi müfətiş
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
Maliyyə Nazirliyi üzrə: Çalğalı Bulaq 40
Dövlət orqanı Maliyyə Nazirliyi
Struktur bölmə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, 5 saylı Regional Maliyyə Müfəttişliyi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi-nəzarətçi müfətiş (1 yer)
Vakant inzibati vəzifənin kodu 117005
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 285
Qulluq funksiyaları
Xidmətin və Regional maliyyə müfəttişliyinin əmr və vəsiqələri əsasında Xidmətin və onun Regional maliyyə müfəttişliyinin fəaliyyət dairəsinə aid olan nəzarət obyektlərində maliyyə nəzarəti tədbirlərini yerinə yetirir, nəzarət tədbirlərinin aparılması məqsədi ilə yaradılmış qruplara cəlb edilir.
Nəzarət tədbirlərinin planlaşdırılması üçün risklərin qiymətləndirilməsi işində iştirak edir, nəzarət tədbirlərinin aparılması üçün hazırlıq işlərini yerinə yetirir.
Nəzarət tədbirləri nəticəsində səlahiyyətləri çərçivəsində aşkar edilmiş inzibati xətalar barədə protokol tərtib edir və aidiyyəti üzrə baxılması üçün təqdim edir.
Nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsan və çatişmazlıqların yaranma səbəblərini araşdırır, onların aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə təklif və tövsiyələr təqdim edir.
Fəaliyyət göstərdiyi Regional maliyyə müfəttişliyinin cari işlərində yaxından iştirak edir, layihələrin, məktubların, təklif və tövsiyələrin hazırlanmasında iştirak edir, qanunvericiliyə uyğun verilmiş digər tapşırıqları yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
Təhsil tələbləri: mühasibat ucotu və audit, maliyyə və kredit, iqtisadiyyatın tənzimlənməsi, əməyin iqtisadiyyatı və sosialogiyası, xəzinə əməliyyatlarının uçotu, iqtisadi nəzəriyyə, iqtisadi siyasət , istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə) ixtisas istiqamətləri üzrə ali təhsil
Staj tələbi: 1 il ümumi iş stajı
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (orta səviyyədə)
Xarici dil bilikləri: Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3
Müsahibə elanının tarixi 11.01.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 09.02.2018 18:00
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Qeydlər:
Bu Formanın 2-ci hissəsində “Dövlət qulluğu üzrə müraciət Forması” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
2 Komment
Ceyhun 11 Yanvar 2022
ADIM CEYHUN ISLEMEK ISTEYIREM SÜRUCU.GETIR GÖTÜR ISIDE OLAR.
Əmirxan 26 Fevral 2022
Salam işə qəbul vakansiyalarda nece iştirak etmək olar.
Şərh yazın