
VAKANSİYA! Azercellin baş ofisindəki Müqavilə İdarəetmə şöbəsində işləmək imkanı
Tələsin, Müraciət üçün son tarix: 17 yanvar 2018
Hİİ/Müqavilə İdarəetmə şöbəsi hüquqşünas
İş qrafiki: Bazar ertəsi - Cümə günü, saat 09:00 - 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
İş yeri: Azercellin baş ofisi (Azercell Plaza), Tbilisi prospekti 149.
Əsas öhdəliklər:
İstəklərə əsasən hər növ müqavilələrin onlara əlavələrin Azərbaycan Respublikasının qanunvericiliyinə və/və ya tərəflər arasında qəbul edimiş digər tətbiq edilən qanunvericiliyə uyğun tərtibi. Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və texniki dəstəyin verilməsi.
Müqavilə İdarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirikət daxilində müqavilə sifarişçilərinin məmnun edilməsi
SAP və iş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və s. dair müvafiq qeydiyyatın aparılması
Tələb olunan bilik, bacarıq və iş təcrübəsi:
Ali Təhsil (Hüquq fakültəsi, Hüquqşünas)
Mülki hüquq sahəsində ən az 5 il iş təcrübəsi. Müqavilərlərin idarəedilməsi sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
Dil bilikləri Azərbaycan dili mükəmməl,İngilis və Rus dilləri orta səviyyədən üstün olmalıdır (upper intermediate)
Yüksək səviyyəli ünsiyyət, qavrama və analitik təhlil bacarığı, komanda oyunçusu, təzyiq altında (iş həcminin kəskin artması, qısa müddətdə icra və s.) işləmək qabiliyyəti
Vakansiya üzrə seçim mərhələləri
CV analizi
Yazılı testlər
Üz-üzə müsahibələr
Qeyd:
Vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan namizədlər üçündür.
Siz Azercell şirkətinin işçisisinizsə xahiş edirik vakansiya üzrə müraciətinizlə bağlı məlumatı birbaşa rəhbərinizə təqdim edəsiniz.
Əlavə məlumat üçün Azercell-in işə qəbul üzrə mütəxəssisləri ilə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Nəzərə alın ki, [email protected] ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı "Ərizəni göndər" linkindən istifadə edin.
Sizin Müraciətiniz:
Xahiş edirik ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən (17 yanvar 2018-ci il tarixdən) gec olmayaraq göndərəsiniz. Seçim prosesi yalnız ərizələrin qəbulu üçün son tarixdən sonra başlayacaq.
0 Komment
Şərh yazın