
VAKANSİYA! MƏŞHUR ŞİRKƏTDƏ BAŞ MÜHASİB İŞLƏMƏK İMKANI
1200 manat əmək haqqı təklif edilir
Şirkət: Beta Azerbaijan
Vəzifə: BAŞ MÜHASİB
Əmək haqqı - 1000 - 1200 AZN
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Elanın tarixi Dekabr 18, 2017
Bitmə tarixi Yanvar 17, 2018
Telefon (012) 408-66-95
E-mail [email protected]
İş barədə məlumat
- Müəssisənin əsas fəaliyyət sahəsi: istehsal, idxal və ticarət
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması.
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
- İş qrafiki: Bazar ertəsi - şənbə: 08:30-dan 18:00-dək
Namizədə tələblər
- Qadın namizəd
- Ali təhsilli
- B1-B3, Microsoft Office proqramlarını bilmək
-1 C 7.7 və 1 C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Balansın çıxarılması
CV-lərinizi foto ilə birlikdə [email protected] ünvanına “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.
0 Komment
Şərh yazın