
VAKANSİYA! Beynəlxalq Bankın İnsan Resurslarının İdarəedilməsi Departamentində işləmək imkanı
Adekvat əmək haqqı təklif olunur...
“ABB” ASC İnsan Resurslarının İdarəedilməsi Departamentinə İnsan resursları layihələrinin idarəedilməsi və inkişaf proqramlarının koordinasiyası üzrə menecer vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
İnsan Resurslarının idarə edilməsinin inkişaf proqramlarının hazırlanılması və gündəlik icrasının koordinasiyası;
İnsan Resurslarının idarə edilməsi layihələrinin və inkişaf proqramlarının həyata keçirilməsi məqsədlərinə uyğun olaraq bankdaxili departamentlərlə və xarici qurumlarla kommunikasiyanın qurulması;
Konsultasiya şirkətləri tərəfindən qurulan yeni insan resurslarının effektiv idarə edilməsi layihələrinin koordinasiyası və tətbiqinin təşkili;
Görülən işlərin analizi, son stasusu, qiymətləndirmə sistemləri və müntəzəm konsultasiyalar vasitəsi ilə inkişaf ehtiyaclarının müəyyən olunması;
İnsan Resurslarının idarə edilməsi layihə hesabatı mexanizminin hazırlanması və idarə edilməsi;
Təlim ehtiyaclarının araşdırılması, təkliflərin hazırlanması və razılaşdırılması;
Bankda təlim işinin qurulması və həyata keçirilməsinin koordinasiyası;
Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizminin hazırlanması və idarə edilməsi
Davranış səriştələri:
Layihələrin idarəedilməsi;
İnduktiv və analitik təhlil;
Yüksək ünsiyyət;
Yaradıcılıq və innovasiya;
Vaxtın effektiv idarəedilməsi;
Təqdimat;
Konfliktlərin idarəedilməsi.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (İnsan Resurslarının idarəedilməsi üzrə xaricdə təhsil üstünlük hesab olunur);
İnsan Resurslarının idarə edilməsi sahəsində minimum 2 illik təcrübənin olması;
Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;
Ofis Proqramlarında sərbəst işləmək bacarığının olması;
İnsan Resursları sahəsində beynəlxalq sertifikata sahib olmaq üstünlükdür;
İnsan Resurslarının idarə olunması sahəsində layihələrdə iştirak etmiş namizədlərə üstünlük verilir.
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Bank sektorunda İnsan resurslarının idarə edilməsi sistemlərinin qurulmasında yeni təcrübə;
İdarəetmə, təlim və inkişaf sahəsində özünüzü reallaşdırmaq və ekspert kimi formalaşmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 yanvar 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “HR Project coordination and development manager” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
0 Komment
Şərh yazın