
Vakansiya! Mühasib çalışmaq istəyənlər üçün ŞANS
Sumqayıtda yerləşən Azertexnolayn MMC-dən vakansiya
Vəzifə: Mühasib
İşəgötürən: Azertexnolayn MMC
DEADLINE: 2017-11-25
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1, Sumqayıt Kimya Sənaye Parkı.
Vakansiya tələblərinə cavab verən şəxslər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vəzifə funksiyaları:
Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək;
İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablamaq;
Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləmək;
Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim etmək;
Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlamaq, müvafiq hesablar planına işləmək;
İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra etmək.
Tələblər:
Mühasibatlıq sahəsində Ali təhsil,
Bu sahədə minimum 1 il iş təcrübəsi;
MS Office bilikləri, LOGO bilmək üstünlükdür.
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın