Vakansiya! Keyfiyyətə nəzarət mütəxəssisi işləmək imkanı

Vakansiya! Keyfiyyətə nəzarət mütəxəssisi işləmək imkanı

23-28 yaşlı kişi namizədlər müraciət edə bilərlər.

İşəgötürən Azersun Holdinq
Contact Email: [email protected]
Vəzifə: KEYFİYYƏTƏ NƏZARƏT MÜTƏXƏSSİSİ (BAZARSTORE)


Əsas tələblər:

    Qida mühəndisliyi, keyfiyyətə nəzarət, gigiyena sahələri üzrə ali təhsil;
    23-28 yaş aralığında olmalı;
    Kişi namizədlərə üstünlük verilir;
    ISO 9001-ISO 22000 və GMP haqqında nəzəri  biliyə sahib olmalı;
    Dinamik, xoş görünüşlü olmalı;
    Ünsiyyət bacarığı güclü olmalı;
    MS Office proqramlarını istifadə edə bilməli (MS Word, MS Excel);
    Rus/İngilis dillərini orta səviyyədə bilməlidir.



İş haqqnda məlumat:

    Bazarstore supermatketlər şəbəkəsində qida məhsulları üzrə keyfiyyətə nəzarət işlərinin aparılması;
    Supermarketlər arasında təyin edilmiş hədəflərə əsasən, günlük və aylıq keyfiyyət yoxlamalarının həyata keçirilməsi;
    Hesabat işlərinin aparılması;
    Yeni işə alınan işçilərə müvafiq tədrislərin keçirilməsi.
    Həftədə 1 gün ofisdə hesabat işləri, digər iş günlərində isə - Bazarstore supermarketlərindən birində plana uyğun olaraq yoxlamaların həyata keçirilməsi;
    İş qrafiki saat 09:00-dan 18:00-dək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilər vəya www.azersunhr.com portalında qeydiyyatdan keçərək müraciət edə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə Nəzarət mütəxəssisi”) qeyd olunmalıdır.

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər