
Vakansiya! Baş xəzinədar vəzifəsində çalışmaq istəyənlər üçün
1C proqramını bilməlidir.
İşəgötürən: Səba Şirkətlər Qrupu
Vəzifə adı: Baş Xəzinədar
İş barədə məlumat:
1. Nağd pulun və bank hesablarının idarə olunması, qalıqlara gündəlik nəzarət və rəhbərliyə məlumat verilməsi.
2. Nağd ödənişlərin yoxlanması və təsdiqi.
3. Nağd ödəniş və köçürmələr barədə rəhbərliyə gündəlik hesabat verilməsi.
4. İstehsal sahələrində yerləşən kassaların işinə nəzarət və cavabdehlik.
5. Kreditor borcların idarə olunması, həmçinin gecikmiş borclar ilə bağlı kreditorlarla danışıqların aparılması və problemlərin tənzimlənməsi.
6. Borcların ödənişləri ilə bağlı kreditorların müraciətlərinə cavab verilməsi və gözlənilən ödəniş tarixləri barədə məlumatın verilməsi.
7. Kassa və bank əməliyyatlarının 1C-də düzgün işlənməsinin yoxlanılması və lazımı düzəlişlərin edillməsi.
8. Gündəlik ödəniş planının hazırlanması və Maliyyə Direktoruna müzakirə üçün təqdim olunması.
9. Şifahi razılaşdırılmış gündəlik ödənişlərin İdarə Heyətinə təsdiq etdirilməsi.
10. İnternet bankda təsdiq üçün yığılmış ödənişlərin yoxlanması və təsdiqə göndərilməsi.
11. Tabeçilikdə olan işçilərin vəzifələrini lazımı qaydada yerinə yetirməsinə və nizam-intizamına nəzarət.
12. Tərəfdaş banklar ilə mütəmadi əlaqə və yaranan problemlərin həll edilməsi.
13. Bank və kassa əməliyyatlarının sənədləşməsinin düzgün aparılmasına nəzarət.
14. Bank və kassa sənədlərinin vaxtlı-vaxtında arxivləşdirilməsinə nəzarət.
15. Pul vəsaitləri axınına nəzarət, təhlil olunması və optimallaşdırılması barədə təkliflər vermək.
16. Maliyyələşmə ehtiyaclarının müəyyən olunması və İdarə Heyətinin təsdiqi ilə kredit alınması prosesinə nəzarət olunması
17. Bank və kassa əməliyyatlarının uçot sistemində düzgün təsnifatına (əməliyyat, maliyyə və ya investisiya) nəzarət olunması və lazımı düzəlişlərin edilməsi.
18. Xəzinədarlıq şöbəsinin fəaliyyətinin düzgün qurulması ilə bağlı tələb olunan digər işləri yerinə yetirmək və bu mövzuda birbaşa rəhbərə məlumat vermək.
Namizədə tələblər:
- Ali təhsil
- Xəzinədarlıq sahəsində ən azı 3 il iş təcrübəsi
- Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
- 1C 8.2-də işləmək bacarığı
- Excell proqramında işləmək bacarığı
Xahiş edirik, məktuba əlavə olunmuş fayldaki sualları ( Saba.doc ) elektron variantında cavablandırın və [email protected] elektron ünvanına göndərilsin.
Mənbə jobsearch.az
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın