
Vakansiya! Ofis meneceri işləmək imkanı
Əmək haqqı 400 - 500 AZN
Vəzifə: Ofis meneçer
Şirkət: "Avrasiya Tərcümə Mərkəzi" MMC
Şəhər: Bakı
Yaş: 25 - 30
Təhsil: ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
E-mail: [email protected]
İş barədə məlumat:
Telefon zəngləri ilə əlaqədar vəzifə öhdəlikləri;
Şirkətə gələn zənglərin cavablandırılması və əməkdaşlarla calaşdırmaq
Rəhbərliyin telefon danışıqlarını təşkil etmək, faks mail göndərmək və rəhbərlik olmadığı vaxtda alınan xəbərləri qeyd etmək və aldığı məlumatların məzmununu ona çatdırmaq.
Ümumi Öhdəliklər:
Şirkətlə əməkdaşlıq edən şirkətlər haqqında məlumat bazasını yaratmaq.
Müştərilərlə kontaktların qurulması və gələn sifarişlərin Tərcüməçilərə yönəldilməsi
Tərcüməçilər arasında sifarişləri düzgün koordinasiya etmək və işin gedişatı ilə mütəmadi maraqlanmaq, rəhbərliyə daim məlumat vermək
Şirkətlərlə şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında yazışmalar aparmaq.
Beynəlxalq yazışmaları aparmaq
Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırılması (faksla, poçtla, kuryerlə, elektron poçtla və.s).
Gələn qonaqların qarşılanması
Direktorun birbaşa tapşırıqlarının yerinə yetirilməsi
Ofislərin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi
Namizədə tələblər:
Humanitar və ya idarəçilik sahəsində ali təhsilli
Word, Excel, Power point, outlook və Internetdə sərbəst işləmə bacarığı
Azərbaycan, rus dillərini sərbəst səviyyədə, ingilis dilini INTERMEDIATE səviyyədə bilmək
Kargüzarlığın aparılması üzrə əsasnamə, təlimatları; təşkilati-göstəriş sənədlərinin vahid şəklə salınmış sisteminin standartlarının norma və qaydalarını bilməlidir
Hesab-faktura işlərini bilmək
Ofis avadanlıqları ilə işləmək bacarığı
İşə yaradıcı yanaşma, təşkilatçılıq və ünsiyyət qurmaq qabiliyyəti
Kollektiv və müştərilərlə düzgün ünsiyyət qurmağı bacarmalı
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Yüksək qavrama və öyrənmə qabiliyyəti
Stressə davamlılıq
Bilik və təcrübəsini daima inkişaf etdirən
Vəzifə öhdəliklərini qüsursuz olaraq yerinə yetirmək
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın