
Vakansiya! Kapital Bank-dan yeni iş elanı
Ali təhsil (İqtisadi, hüquq və digər uygun) mütləqdir.
İşəgötürən KAPİTAL Bank
İnsan Resurslarının idarə edilməsi departamentinin Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir
Öhdəliklər:
Elektron İnformasiya Sisteminə tələb olunan məlumatların yığılması
HRB əmək haqqı proqramında məlumatların daxil edilməsi
Müvafiq əmrlərin hazırlanması
Kadr sənədlərinin hazırlanması
Müxtəlif səpkili hesabatların hazırlanması
Tələblər:
Ali təhsil (İqtisadi, hüquq və digər uygun);
İR sahəsində 3 ildən çox iş təcrübəsi;
AR ƏM və digər əlaqəli qanunvericiliklərin biliyi;
Problemləri müstəqil şəkildə həll etmə qabiliyyəti;
Komandada işləmək bacarığı;
Yaxşı ünsiyyət bacarıqları;
Pozitivlik;
Yeniliklərə tez uyğunlaşması;
Təşəbbüskar, yaradıcı olması;
Məqsədyönlülük;
Stressə davamlılıq;
Vaxtın idarə edilməsi bacarıqları;
Azərbaycan, rus və ingilis dillərinin mükəmməl biliyi;
MS Office-in (Word, Excel, Power Point) ofis proqramlarının dərin biliyi.
Şirkət təklif edir:
Peşəkar və dinamik komandada maraqlı iş;
Peşəkar inkişaf;
Əmək haqqının ləyaqətli səviyyəsi ;
Peşəkar və mehriban kollektiv.
Müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın