
Vakansiya! Kredit meneceri işləmək imkanı
Əmək haqqı razılaşma yolu ilə
Vəzifə: Kredit meneceri (Zaqatala və Balakən filialları üzrə)
İşəgötürən: Mol Bulak BOKT MMC
Mol Bulak Bank Olmayan Kredit Təşkilatı Zaqatala və Balakən filiallarına kredit meneceri vakansiyası üzrə işçi yığımı elan edir.
Kredit meneceri aşağıdakı tələblərə cavab verməlidir:
• Maliyyə/Kredit sahəsində minimum 3 il iş təcrübəsi
• Rayonunun inzibati ərazi bölgüsünü yaxşı tanıması
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması
• Ali ixtisas təhsili (iqtisadi təhsili olanlara üstünlük verilir)
• Azərbaycan dilini mükəmməl bilmək
• Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması)
• Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər
Əmək haqqı: razılaşma yolu ilə
CV-lərinizi azərbaycan və ya rus dillərində tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Yalnız göstərilən kriteriyalara uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.
Şirkət ilə bağlı daha ətraflı məlumat, o cümlədən, digər aktiv vakansiyalar ilə bağlı məlumat rəsmi www.molbulak.com səhifəmizdən əldə edilə bilər
Mənbə jobsearch.com
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın