Vakansiya! Excelsior Hotel Shamkir-dən yeni iş elanı

Vakansiya! Excelsior Hotel Shamkir-dən yeni iş elanı

Hüquqşünas işləmək imkanı     

Şirkət: Shamkir Excelsior Hotel
Vəzifənin adı: Hüquqşünas
Yerləşmə yeri : Şəmkir şəhəri
Əsas vəzifələr

• Şirkətdə normativ aktların dəqiq tətbiqini təmin edir;
• Şirkətin fəaliyyəti ilə əlaqədar bütün sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl  qanunauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
• Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların  atılmasını təmin edir;
• Mülki-hüquqi müqavilələri hazırlayır, hər hansı bir digər tərəfdən təqdim olunduğu halda,  müqavilənin qanunvericiliyə  və Şirkətın maraqlarına  uyğun olub-olmadığını yoxlayır  və tələb olunduqda, öz razılığını ifadə edir;
• Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi şəxs(lər)in dövlət qeydiyyatı, yenidən təşkili və ləğvinə dair sənədlər paketini hazırlayır və icra edir;
• Hüquqi şəxsin təsis sənədlərinə edilən dəyişikliklərin və qeydiyyata alınmış faktların sonrakı  dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər toplusunu hazırlayır və icra edir;
• Şirkətdə kadrlar  və mühasibatlıq sənədlərini qanuna uyğun şəkildə hazırlanması və dövriyyəsinə nəzarət edir, hüquqi məsləhətin verilməsini təmin edir və səmərəli təkliflər irəli sürür;  
• Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların (iddiaların) məhkəmədən qabaq həlli üçün tələb olunan sənədləri hazırlayır, onların digər tərəfə təqdim olunmasını təmin edir, arzu olunan nəticələrin əldə edilməsi üçün digər hüquq-müdafiə vasitələrdən istifadə edir;
• Şirkətin maraqlarının məhkəmədə qorunması məqsədi ilə etibarnamə əsasında təyin olunmuş nümayəndə qismində məhkəmədə prosessual imkanlardan istifadə edir;
• Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətin, rəy və arayışların verilməsini təmin edir;
• Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və Şirkətin siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir;
• Şirkətin səmərəli və effektiv idarə edilməsi məqsədilə, təklif olunmuş və ya yeni qanunvericilik və ya normativlər, məhkəmə qərarları, sənaye istiqamətləri və ya yanaşmaları və dövlət idarəçiliyi və müqavilələrin idarə edilməsi sahəsində yeniliklərə dair  məlumatları əldə edir və Şirkəti təmin edir;
• Müqavilələrin bağlanması və icrası ilə əlaqədar risklərin müəyyən edilməsi və azaldılmasını təmin edir;
• Digər bütün zəruri hüquqi tənzimlənməni həyata keçirir.

Tələb olunan xüsusiyyətlər

• Hüquq sahəsində bakalavr təhsili;
• Hüquq sahəsində 2- 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
•  Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı ;
• Dəyişən şəraitə adaptasiya qabiliyyəti;
• Azərbaycan  dilində əla səviyyədə şifahi və yazılı nitq qabiliyyəti;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).


Bu vəzifəyə namizədliyinizi irəli sürmək üçün elektron poçtun mövzu hissəsində “Hüquqşunas” qeyd etməklə öz tərcümeyi halınızı [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız uğurlu namizədlərlə (tərcümeyi halı bütün təlbələrə cavab verən) əlaqə yaradılacaq.

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər