
Vakansiya! Expressbank-dan yeni iş elanı
Xaçmaz, Qusar, Mingəçevir, Gəncə şəhərlərində işləmək imkanı
Şirkət: Expressbank
Vəzifə: Problemli kreditlər şöbəsinin mütəxəssisi (Xaçmaz, Qusar, Mingəçevir, Gəncə şəhərləri)
Tələblər:
Ali təhsil;
Problemli kreditlərlə iş sahəsində müvafiq təcrübə;
Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
Microsoft Word və Excell proqramlarında işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük verilir.
Problemli kreditlər şöbəsinin mütəxəssisin vəzifə öhdəlikləri
Bankın müvafiq strukturlarına problemli kreditlərin həlli istiqamətində köməklik göstərilməsi;
Mövcud olan problemli kreditlərin təhlilinin aparılması;
Kredit ödənişləri üzrə hər hansı gecikmələr və ya borcun ödənilməsində digər problemlər yarandıqda, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
Problemli kreditlərin məhkəmədənkənar qaytarılmasını təmin etmək məqsədilə, borcun ödənilməsinə dair borcalanla danışıqların aparılması;
Problemli kreditlərin və borcluların uçotunun aparılması.
Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.
Email: [email protected]
Mənbə azerjobs.com
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın