
Vakansiya! Baş mühasib işləmək imkanı
Ali iqtisadi təhsil olmalıdır.
Vəzifə: Baş mühasib
İşəgötürən: BOKT Embafinans MMC
Əsas vəzifə və öhdəliklər:
• Büdcə hazırlanması və icrasına nəzarət;
• Mövcud olan qanunvericiliyə, Mərkəzi Bankın təlimatlarına və müəssisənin daxili prosedurlarına uyğun maliyyə nəticələrinin uçotunun təşkil edilməsi;
• Kredit portfelinə maliyyə nəzarətinin təmin edilməsi;
• Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Mərkəzi Bank hesabatlarının hazırlanması və təqdim edilməsi;
• DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Banklarla qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
• İşçilərlə hesablaşmaların təmin edilməsi;
• Daxili və kənar auditorlarla işin təşkili;
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
• Ali iqtisadi təhsil;
• Yaş həddi 25-40
• Bank və ya kredit təşkilatlarında ən az 3 il baş mühasib, yaxud baş mühasibin müavini vəifələrində iş təcrübəsi
• Beynəlxalq Mühasibat Uçotu Standartları və Milli Mühasibat Uçotu Standartlarına dair bilikləri;
• 1C və LW proqram təminatları ilə işləmə bacarığı;
• Ünsiyyət qurma və danışıqlar aparmaq bacarıqları;
Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.
Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.
İş qrafiki: 5 gün / saat 09.00-18.00
Mənbə jobsearch.az
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın