Vakansiya! Kassir vəzifəsində çalışmaq istəyənlər üçün

Vakansiya! Kassir vəzifəsində çalışmaq istəyənlər üçün

İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil olmalıdır.

İşəgötürən “Vijn Fond AzərKredit” MMC Sumqayıt filialı

 Vəzifə KASSİR (XƏZİNƏDAR)

Əsas vəzifə və öhdəlikləri:

    AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
    Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
    Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
    Bütün kassa çekləri və digər mühüm sənədləri izləmək və nəzarətdə saxlamaq;
    Müştərilər, təşkilatın işçiləri və digərləri tərəfindən nağd pul və digər vəsaitlərin, təsdiqedici sənədlər və mədaxil/məxaric orderləri əsasında filialın xəzinəsinə daxil/xaric etmək;
    Gündəlik olaraq MİS (Menecment İnformasiya Sistemi) proqramına xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı daxil etmək və uyğunsuzluqlar barəsində dərhal filialın menecerinə hesabat vermək;
    Təşkilat-daxili qaydalara uyğun olaraq xəzinə limitinə riayət etmək (maksimum və minimum nağd pul);
    Saxta banknotların müştərilərə verilməməsi və onlardan alınmamasını təmin etmək;
    Günün bağlanması (end of day) hesabatlarını hazırlamaq və çap etmək;
    Gündəlik xəzinə sayını etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

    İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
    Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
    İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
    Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
    Müvafiq sahədə ən azı bir il iş təcrübəsinə malik olmaq;
    Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
    Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; ingilis dilini bilənlərə üstünlük verilir;
    İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
    Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;


Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 30 Aprel 2015-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Sumqayıt Kassir (Xəzinədar)’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]
Fax: (+994 12) 597 30 39         
www.azercredit.az

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər