Vakansiya! Satış üzrə menecer işləmək istəyənlər üçün

Vakansiya! Satış üzrə menecer işləmək istəyənlər üçün

Əmək haqqı 500-700 Azn

İşəgötürən Smart Media Group
Vəzifə: Satış üzrə menecer

İş barədə məlumat:

    Məişət texnikası və kompyuterlərin satışı mağazalarında menecer
    İşçi heyətinin idarə olunması
    Müştərilərə göstərilən xidmətə nəzarət və yeni təkliflərin verilməsi
    Tələb olunan satış planının yerinə yetirilməsi və mağaza inkişafı
    Satış artırılması keyfiyyət və rəqabət qabiliyyətinin artırılması
    Gələn müştərilərə modellər barədə məlumat vermək, müştərilərə seçim etməkdə köməklik göstərmək
    Müştərilərə malların seçimi üçün optimal şərait yaratmaq
    İş saatları: 10:00-20:00
    Həftə içi 1 gün istirahət

İş şərtləri:

    Satışdan bonuslar əldə etmək
    Şirkət hesabına məzuniyyət
    Satışa təqdim olunan brendlər barədə yüksək səviyyədə anlayış, satış üsulları, məhsulların xüsusiyyətləri və xassələrinin bilik səviyyəsinin yüksəldilməsi üçün şirkət tərəfindən təlimlər
    Satış sənayəsində karyera perspektivləri
    Maash 500-700 Azn


Namizədə tələblər:

    Satışda və işçi heyətiylə işləmək sahəsində minimum 1 il təcrübə
    Satış sahəsinə maraq
    Sərbəst qərar qəbul etmək və məsuliyyət bacarığı
    Kadrların düzgün satışa yönləndirilməsi və həvəsləndrimə qabiliyyəti
    Ünsiyyət bacarığı, ciddi münasibət, alıcılara nəzakətli rəftar
    Satış sənayəsində işləmək və qazanmaq arzusu
    Əla təqdimat bacarıgı və inanclar
    Xoş görünüş

E- mail: [email protected]

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər