
Vakansiya! Satış üzrə mütəxəssis işləmək istəyənlər üçün
Əmək haqqı 600 AZN
Vəzifə SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS
İşəgötürən Debet Uniform MMC
Yaş
22 - 38
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Telefon
(012) 379-89-53
E-mail
[email protected]
İş barədə məlumat
- Satış və marketinq şöbəsinin müdirinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək - Gələn müştəriləri qarşılamaq və onların verdikləri sifarişləri qəbul etmək
- Nəzərdə tutulan malların sərgi salonunda mövcudluğunu yoxlamaq
- Müştərilər üçün geyimlərin qiymət təkliflərini hazırlamaq
- Sifarişə uyğun sənədlərin (müqavilə, hesab-faktura, qaimə-faktura, elektron-vergi hesab-faktura) hazırlanması üçün ümumi işlər üzrə mütəxəssisə və maliyə şöbəsinə sorğu göndərmək - Sifarişlərin məlumat bazasına daxil edilməsi, onların nəzarətdə saxlanılması və izlənilməsi
- Malların sifarişçiyə çatdırılması işinin təşkil edilməsi
- Sifariş vaxtı müştərilərlə məsləhət işləri aparmaq, müştərilərin sifariş etmək istədikləri geyimlərin tətbiq ediləcəyi sahəni müəyyənləşdirmək, bu sahə üzrə müştərilərin sifariş edəcəyi geyimlərin təyinatı, onların istifadə və saxlama qaydaları haqqında məsləhət vermək
- MMC-nin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında məlumatlı olmaq
Namizədə tələblər
- Cinsi Kişi/qadın
- Təhsil Ali (müvafiq sahədə olması arzuolunandır)
- Dil bilikləri Azərbaycan , rus və ingilis dillərini əla səviyyədə bilməlidir
- Xüsusi biliklər MS Office proqramları və 1C
CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə boss.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın