Vakansiya! Vijn Fond Azerkreditdən iş elanı

Vakansiya! Vijn Fond Azerkreditdən iş elanı

Sumqayıt şəhərində çalışmaq istəyənlər üçün

Vəzifə Sumqayıt filialına İT mütəxəssis
İşəgötürən “Vijn Fond AzərKredit” MMC
Əsas vəzifə və öhdəlikləri:

• Kompüterlərin, şəbəkə və başqa ofis avadanlığın texniki xidmətinin, şəbəkə və İnternet xidmətlərinin, hardware və software, periferik və printer avadanlığın təhqiqi;
• Regional ofislərdə şəbəkə və internet infrastrukturun quraşdırılması, ofis avadanlığının təmirini və təhqiqini təmin etmək;
• Microsoft Windows OS, Microsoft Office, antivirus sistemlərinin, brandmauerın quraşdırılması;
• Ofis şəbəkəsinin antivirus və spam müdafiəsinin qurulmasını, etibarlı antivirus müdafiəsinə zəmanət vermək üçün gündəlik antivirusun bazalarının yenilənməsini təmin etmək;
• Microsoft Windows OS, Microsoft Office proqramlarının, elektron poçt proqramlarının istifadə qaydaları üzrə istifadəçilərin təlimatlandırmasında kömək etmək;
• Regional ofislər üçün İT administrasiyası, istifadəçi dəstəyini idarə etmək və məsləhət vermək, İT sistemləri, data back-up sistemi və İT təhlükəsizliyi üzrə istifadəçiləri təlimatlandırmaq;
• Regional ofislər üçün İT layihələrinin yerinə yetirməsində iştirak etmək;
• İT səfərləri və İT tapşırıqları haqqında İT/MİS Departamentinin Direktoruna məlumat vermək (elektron poçt vasitəsilə);
• İT/MİS Departamentinin rəhbəri, İdarə Heyəti tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.


Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil dərəcəsi;
• Müvafiq sahədə ən azı 1 il təcrübə;
• Windows OS biliyi, MS Office proqramlarını və elektron poçt sistəmlərini yaxşı bilmək;
• Şəbəkə and Internet avadanlıq və xidmətlərinin biliyi, Ethernet texnologiyalarının, NAT, rutinq protokollarının, brandmauer sistemlərinin, kənardan administrasiyanın metodlarının, WAN, LAN, VPN/IP Sec biliyi;
• Hardware və software-in təhqiqi, periferik and printer məsələlərinin həlli sahəsində bilik və təcrübə;
• Ölkə daxilində keçirilən İT tədbirlərində və tələb olunduğu halda müxtəlif təlimlərdə iştirak etmək imkanı;
• Bir neçə tapşırığı idarə edə bilmək və gərginlik altında işləyə bilmək;
• Azərbaycan və ingilis dillərini (yazılı və danışıq) yaxşı bilmək, rus dilini də bilməsi arzuolunandır;
• Yaxşı şəxsi keyfiyyətlər, komanda işi bacarıqları;
• Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 30 Aprel 2015-ci il tarixinədək e-mail ([email protected]) (mövzu hissəsində ‘Sumqayıt filialına İT mütəxəssis’göstərin) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]  Fax: (+994 12) 597 30 39   www.azercredit.az

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər