Vakansiya! Rabitabank-dan iş elanı

Vakansiya! Rabitabank-dan iş elanı

İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili olmalıdır.

Şirkət: Rabitabank
Vəzifə: Kredit Meneceri/Biznes/ Bakı və region filialları

Əsas vəzifələr :

    Filialın kredit portfelinin keyfiyyətinin təhlili
    Filialın maliyyə analizinin aparılması
    Kredit mütəxəssislərinin tərəfindən  aparılan biznes təhlillərinin yoxlanılması
    Kredit portfelinin idarə olunması və nəzarət
    Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
    Müştərilərin ödəniş qabiliyyətinin təhlili
    Borc ödənişlərinin vaxtında icrasına nəzarət
    Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün  aparılması işinin  təşkili və  nəzarət
    Problemli kreditlərlə işin təşkili və koordinasiyası
    Filialın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və  müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin  verilməsi

 Əsas tələblər:


    İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili
    Maliyyə-kredit sahəsində an azı 2 (iki) il iş təcrübəsi
    İdarəetmə təcrübəsi
    Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq
    Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq
    İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq
    Azərbaycan dilini sərbəst ünsiyyət qurma bacarığı.(Rus dili bilikləri arzuolunandır)
    Ünsiyyət qurma, liderlik, inandırma bacarıqları
    Kredit portfelinin idarə edilməsinə dair hesabatların tərtib edilməsi, və təhlil nəticələrinı uyğun  operativ və düzgün qərar vermə bacarığı
    Microsoft Office proqramlarında işləmə bacarığı

  İş  şərtləri :

    İş təcrübəsinə uyğun yüksək əmək haqqı
    Fərdi və cəmi  kredit portfelinə görə bonus sistemi
    Təlim və inkişaf imkanları

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur.

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər