Vakansiya! Mühasib vəzifəsində çalışmaq imkanı

Vakansiya! Mühasib vəzifəsində çalışmaq imkanı

 Ali iqtisadi təhsil mütləqdir.

Vəzifə: Mühasib
İşəgötürən “TCF” Bank olmayan kredit təşkilatı ASC

Əsas vəzifə və öhdəliklər:

    Ödəniş sənədlərinin tərtibi;
    Gündəlik bank və kassa əməliyyatlarının əməliyyat proqramında qeydiyyatı;
    Təhtəl hesab şəxslərlə hesabatın uçotu;
    Qarşısına qoyulan və rəhbərlik tərəfindən tələb edilən bütün cari mühasibat əməliyyatlarının yerinə yetirilməsi.


Tələb olunan keyfiyyətlər:

    Ali iqtisadi təhsil;
    Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
    Microsoft Office proqramlarını (əsasən MS Excel) yüksək səviyyədə bilmək bacarığı;
    Azərbaycan dilində sərbəst danışmaq (ingilis dili arzuolunandır);
    Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Baş İdarə

Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə

Faks: (99412) 563 23 27
“TCF” Bank olmayan kredit təşkilatı ASC haqqında ətraflı məlumatı www.tcf.az web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə azerjobs.com

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər