
Vakansiya! Vijn Fond Azerkreditdən iş elanı
Office proqramlarını bilməlidir.
Vəzifə Təlim və Heyətin İnkişafı üzrə Menecer
İşəgötürən “Vijn Fond AzərKredit”MMC
Əsas vəzifə və öhdəlikləri:
Vəzifə analizi, qiymətləndirmə mexanizmləri və filial/regional menecerlər ilə mütəmadi aparılan məsləhətləşmələr vasitəsilə AK əməkdaşlarının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
Həm AK-nin, həm də işçinin fərdi ehtiyacları əsasında təlim və inkişaf proqramları hazırlamaq;
AzərKredit Təlim Akademiyasının fəaliyyətlərini idarə etmək;
Təlim və ya inkişaf proqramlarına edilən investisiyaların özünü doğrultması getdikcə daha da əhəmiyyətli olduğu üçün planlaşdırılan proqramların smetalarını təhlil etmək və büdcə daxilində fəaliyyət göstərmək;
İşə yeni qəbul olunan işçilər üçün tanışlıq sessiyaları keçirmək və iş yerində təlimlər aparmaq;
Təlimçilərin effektivliyini və təlim proqramlarının effektivliyini qiymətləndirmək, təkmilləşmə üçün tövsiyələr vermək;
İşçilər üçün davamlı texniki təlimlər və fərdi inkişaf kursları təşkil etmək və ya keçirmək;
İşçilər üçün təlim kitabçaları və materiallarını hazırlamaq, multimedia əyani vəsaitləri və digər tədris materiallarını hazırlamaq;
Departamentlər və ümumilikdə təşkilat üçün təlim büdcəsi təklif etmək;
Təşkilat daxilində keçirilən təlimlər üçün materiallar hazırlamaq;
Təlim və inkişaf proqramlarının keçirilməsini koordinasiya etmək;
AzərKredit təşkilatının təlim strategiyasının formalaşdırmaq;
Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
Ali təhsil;
Azərbaycan Respublikası Əmək Məcəlləsini mükəmməl bilmək;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (maliyyə təşkilatında olması daha arzuolunandır);
Azərbaycan və İngilis dilini səlis bilmək (yazılı və şifahi), Rus dilini bilməsi arzuolunandır;
Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
İqtisadi, maliyyə və kredit mövzuları ilə yaxından tanışlıq;
Güclü təşkilati bacarıqlar;
Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
Vəzifələrin icrası üçün çalışqan olmaq;
Komanda daxilində işləmək istəyi və bacarığı;
Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, İşə qəbul anketini dolduraraq 01may 2015-ci iltarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər. E-məktubunuzun mövzu hissəsində ‘TSDM’ göstərin.Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]
Fax: (+994 12) 597 30 39
www.azercredit.az
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın