
Vakansiya! Bank BTB-dən yeni iş elanı
Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə) mütləqdir.
İşəgötürən Bank “BTB” ASC
Xəzinədarlıq Departamenti, Direktor
İş barədə məlumat:
- XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə
- XÖHKS, AZİPS vasitəsilə daxil olan ödənişlərin sistem vasitəsilə ilə üzləşdirilməsi
- Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları
- Vəsaitlərin müştəri hesablarına mədaxili
- Müxbir hesab qalıqlarının yoxlanılması
- MT103, MT202, MT300, MT320, MT199 formatlı SWIFT məlumatlarının hazırlanması
- Sənədlərin arxivləşdirilməsi
- Hesabatların hazırlanması
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı
- Analiz etmə qabiliyyəti
- Problemləri həll etmə bacarığı
- Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi bilmək
- Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı
- Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti
- Ünsiyyət qurma bacarığı
- MS Office proqramında işləmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini 5 May, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Mürvaciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Xəzinədarlıq Departamenti, Direktor) göstərməyiniz xahiş olunur.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın