Vakansiya! FİNCA Azerbaijanda çalışmaq imkanı

Vakansiya! FİNCA Azerbaijanda çalışmaq imkanı


Vəzifə PR Coordinator
İşəgötürən FINCA Azerbaijan

“FINCAAzerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MARKETİNQ DEPARTAMENTİNİN İCTİMAİYYƏT İLƏ ƏLAQƏLƏR ŞÖBƏSİNƏ İCTİMAİYYƏT İLƏ ƏLAQƏLƏR ÜZRƏ KOORDİNATOR vəzifəsinə işçi axtarışı elan edir. İctimaiyyət ilə Əlaqələr üzrə Koordinator “FINCA Azerbaijan”-ın İƏ, daxili və xarici kommunikasiya, korporativ sosial məsuliyyət strategiyalarının  hazırlanması, planlanması və idarə olunmasına cavabdeh olacaq və illik İƏ büdcəsinin hazırlanmasında Marketinq Departamentinin Menecerinə köməklik edəcəkdir. İƏ üzrə Koordinator təşkilat ilə media, ictimaiyyət və digər qurumlar arasında mühüm körpü rolunu oynarayaq “FINCA Azerbaijan”-ın nüfuzunun və etibarının, təşkilat haqqında məlumatlılığın artırılması, müştəri əhatəsinin genişləndirilməsi və s. məqsədlər üçün çalışacaqdır. Həmçinin İƏ üzrə Koordinator “FINCAAzerbaijan”-ın İƏ sisteminin təkmilləşdirilməsi üçün tədqiqatların aparılmasının təşkil edilməsi,bütün növ media və İƏ vasitələrindən istifadə etmək üçün bu xidmətləri göstərən üçüncü tərəf kompaniyalarla əlaqə saxlayaraq işgüzar əlaqələr qurulması, “FINCA Azerbaijan”-ın fəaliyyəti barəsində məlumatlar, yeniliklər və xəbərlərdən ibarət mütəmadi press-relizlərin hazırlanması, müxtəlif kanallarda yayınlanmasını və hədəf kütləyə çatması barədə araşdırmaların aparılmasını təmin edəcəkdir.

Aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

    İƏ, media və ya aidiyyatı sahə üzrə ən azı 2 il təcrübə;
    Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
    Üstün məqalə yazmaq və redaktə etmək bacarığı;
    Üstün ünsiyyət bacarıqları, dürüstük, komanda üzvlüyü və təşkilati bacarıqlar;
    Vaxtaşırı Azərbaycanın bölgələrinə səyahət etmək mümkünlüyü.
    İƏ, marketinq, kommunikasiya və ya aidiyyatı sahə üzrə ali təhsil.


“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və sosial təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV)14 aprel 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№179/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh., C.Cabbarlı küçəsi 44, Caspian Plaza III, 8-ci mərtəbə
Telefon: (012) 496 33 84/85/86/87

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə azerjobs.com

 

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər