
Vakansiya! Trade Marketinq üzrə menecer işləmək imkanı
Ali təhsil (marketinq, trade marketinqlə əlaqədar sertifikat və ya diplomu olanlara üstünlük verilir) olmalıdır.
Vəzifə adı: Trade Marketinq üzrə menecer
Şirkət: “Səba”ASC
İş barədə məlumat:
Yeni istehsal olunan malların bazara çıxarılması və istehlakçılara çatdırılması, bazar payı əldə edə bilməsi üçün tədbirlərinin görülməsi;
Trade Marketinq kampaniyaları ilə bağlı danışıqların aparılması;
Satış analizlərinin həyata keçirilməsi;
Ticarət nöqtələrindəki fəaliyyət ilə bağlı təkliflərin hazırlanması;
İllik promo planının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Ali təhsil (marketinq, trade marketinqlə əlaqədar sertifikat və ya diplomu olanlara üstünlük verilir);
Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
Trade Marketing üzrə əna azı 5 illik iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərini bilmək;
Xahiş edirik, məktuba əlavə olunmuş fayldaki sualları elektron variantında cavablandırın, çap variantını adi A4 formatında olan zərfin içinə qoyun, üstündə “Səba” ASC – cənab Natiq Quliyevə çatacaq” sözlərini yazın. Sonra zərfi yalnız “Azəri Express” kuryer şirkətinə təqdim edin (bunun üçün Sizə ödəniş etmək lazım deyil). Nəzərə alın ki, başqa kuryer şirkəti ilə, elektron məktubla və ya faksla göndərilən məktublara baxılmayacaq!
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın