
Vakansiya! HR mütəxəssisi işləmək imkanı
MS Offise, 1C proqramlarını bilməlidir.
Vəzifə HR mütəxəssis
İşəgötürən MilliKart
Tələblər:
Yaşı – 25-40
Təhsil-Ali
Dil biliyi – azərbaycan dili səlis, rus dili səlis, ingilis dili arzuolunandır
Kompüter biliyi – MS Offise, 1C
İnsan resursları mütəxəssisi vəzifəsində ən azı 3 il iş təcrübəsi
Digər tələblər:
Əmək Məcəlləsini, kadr işi üzrə kargüzarlığı tam şəkildə bilməli və bunlarla sərbəst işləməyi bacarmalı, komandada işləmək bacarığı olmalı. Dəqiq, dürüst, səliqəli və çevik olmalıdır.
Görəcəyi iş barədə məlumat:
Şirkətin kard işi üzrə bütün işlərin icrası (vakansiyanın açılması mərhələsindən başlayaraq bütün sənədləşmə işlərinin icrası), şirktətin komanda ruhunun saxlanılması və motivasiya tədbirlərinin icrası
İş barədə məlumat:
İş qrafiki həftədə 5 iş günü, saat 09:00 dan 18:00-dək
Əmək haqqı razılaşma yolu ilə.
İşçinin hüquqları Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq qaydada təmin edilir.
Tələblərə uyğun namizədlər CV-ni [email protected] ünvanına Mövzu sahəsində “İR mütəxəssis” qeyd edərək, göndərsinlər.
Əlaqə nömrəsi: (012) 431 22 20 (daxili 121) İnsan resursları meneceri
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın