Vakansiya! Qəbul üzrə Asistent işləmək imkanı

Vakansiya! Qəbul üzrə Asistent işləmək imkanı

İstənilən ali və ya orta ixtisas təhsilli şəxslər müraciət edə bilərlər.   

İşəgötürən : Azərbaycan Bank Tədris Mərkəzi
Vəzifə: Qəbul üzrə Asistent

Vəzifə öhdəlikləri

• Mərkəzə daxil olan zənglərə cavab vermək, ilkin sualları cavablandırmaq və ünvanlamaq
• Ofisə gələn ziyarətçiləri qarşılamaq və ünvanlamaq
• kurs materiallarını tikmək
• dinləyicilərin kofe və çay təchizatına nəzarət etmək
• Ofis menecerinin ona həvalə etdikləri digər funksiyaları yerinə yetirmək


Vəzifəyə olan əsas tələblər:

• İstənilən ali və ya orta ixtisas təhsili
• Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı bilmək
• MS Ofis proqramlarında yaxşı işləməyi bacarmaq
• Operativlik və dəqiqlik
• Ünsiyyətqurma bacarıqları Komandada işləmə bacarığı

ABTC-də Sizi peşəkar komanda, karyera imkanları və inkişaf imkanları gözləyir.

Maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Lütfən, CV göndərən zaman mövzu/subject bölməsində vakansiyanın adını qeyd edin.

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər