Vakansiya! Kredit meneceri işləmək imkanı

Vakansiya! Kredit meneceri işləmək imkanı

Əmək haqqından əlavə aylıq bonus da verilir.

İşəgötürən KredAqro
Vəzifə: Kredit meneceri : (İsmayıllı, Tovuz, Bərdə,Ağdam)

Vəzifəyə olan tələblər:

    Ali təhsili;
    Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 2 (iki) il iş təcrübəsi;
    İdarəetmə və liderlik bacarığı;
    Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq;
    İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etmək
    İnsan resurslarını idarə etməyi bacarmaq;
    Fərdi və komanda şəklində işləmək;
    Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Word və Excel).


Əsas vəzifə və öhdəlikləri:

    Filialın yerləşdiyi ərazidə kiçik və orta bizneslə məşğul olan sahibkarları təşkilata cəlb etmək, onların biznes yerlərini ilə yaxından tanış olmaq;
    Filialın kredit portfelinin keyfiyyətini təhlil etmək, filialın maliyyə analizini aparmaq;
    Yerli Kredit Komitəsində iştirak etmək və kredit sənədləri ilə bağlı rəy bildirmək;
    Borcalanların ödənişlərinin vaxtlı-vaxtında aparılmasına nəzarət etmək;
    Problemli kreditlərlə işləmək;Kredit işçilərinin işə qəbulu prosesində bilavasitə iştirak etmək, namizədləri Baş ofisin aidiyyatı departamentinə / bölməsinə təqdim etmək və rəy bildirmək;
    Sınaq müddətini başa vurmuş Kredit işçilərinin işinə nəzarət
    Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və ona nəzarət etmək.

Ə/haqqı + aylıq bonus

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər