
Vakansiya! Marketinq şöbəsinin müdiri işləmək imkanı
25-35 yaşlı şəxslər müraciət edə bilərlər.
Vəzifə: Marketinq şöbəsinin müdiri
İşəgötürən: Business Service Centre LTD
Əsas öhdəliklər:
• Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq;
• İstehsal olunan məhsulların rəqabətə davamlılığını təyin etmək;
• Yeni istehlak bazarlarını araşdırmaq;
• Bazar araşdırmaları aparmaq və mövcud bazar durumunu analiz etmək;
• Marketinq tədqiqatı və araşdırmaları ilə əlaqədar işləri planlaşdırmaq,təşkil etmək və icrasına nail olmaq;
• Müştərilərin cəlb edilməsi;
• Müştərilərlə görüşlər keçirmək,təqdimat və təkliflər hazırlamaq;
• Müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• İstehlakçı tələbatı barədə məlumat toplamaq.
Tələblər :
• Ali təhsil;
• Azərbaycan,rus və ingilis dillərini sərbəst bilən;
• Ən azı 3 il iş təcrübəsi;
• Marketinq, PR və Satış sahələrinə aid biliklər, yüksək yaradıcılıq qabiliyyəti;
• Komandada işləməyi bacaran;
• Təmkinlilik,etibarlılıq,özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı;
• Yaş həddi 25-35-dək
• Ofis proqramlarında işləmə bacarığı olmalı;
Əmək haqqı yüksəkdir. Müsahibədən sonra namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Marketinq satış meneceri" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.
Business Service Centre LTD
Azerbaijan,Baku - F.Amirov, 10
E-mail:[email protected]
Web: www.bsc-group.az
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın