
Vakansiya! Turanbank-dan iş elanı
Əmək haqqı 800 - 900 AZN
Vəzifə TEXNİKİ DƏSTƏK ŞÖBƏSİNİN KİÇİK MÜTƏXƏSSİSİ
İşəgötürən TuranBank
Yaş
22 - 30
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Telefon
(012) 510-79-11
(012) 510-79-22
E-mail
[email protected]
İş barədə məlumat
- İstifadəçilər üçün kompyuterlərin və periferik qurğuların quraşdırılması, sazlanması
- Kompyuter istifadəçilərindən müraciətlərin qəbul edilməsi və texniki dəstək xidmətinin həyata keçirilməsi
- İstifadəçi kompyuterlərində yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması
- Yeni proqram təminatlarının istifadəçi kompyuterlərinə yüklənməsi
- İstifadəçilərdə kompyuterlərin şəbəkələrə qoşulmalarında yaranmış kiçik nasazlıqların aradan qaldırılması
- Printerlər və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqların aradan qaldırılması
- Müxtəlif təcili pul köçürmə sistemləri üzrə texniki xidmətin aparılması və dəstəyin göstərilməsi
Namizədə tələblər
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı
- İngilis və Rus dili bilikləri (orta səviyyədə)
- Kompüterlər və periferik qurğuların quraşdırılması bilikləri
- Windows 7 əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi
- Windows server əməliyyat sistemi üzrə minimal nəzəri və praktik biliklər
- Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik biliklər
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq
Müvafiq sahədə ali təhsili olmayan və Azərbaycan dilini səlis bilməyən namizədlərin CV-lərinə baxılmayacaqdır. CV göndərərkən məktubda mövzu hissəsində "Technical support" yazmağınızı xahiş edirik.
Mənbə boss.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın