
Vakansiya! DemirBank-dan iş elanı
Hüquq üzrə ali təhsil olmalıdır. (LLM dərəcəsi arzuolunandır)
Vəzifə: Hüquq Departamentinin direktoru
İşəgötürən: Demir Bank
İşin təsviri:
Hüquq Departamentinin direktoru Bankın korporativ hüquqdan irəli gələn və onun fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar münasibətlərdə iştirak edir. Bankın həm daxili normayaratma prosesini təşkil və ya tənzim edir, həm də bankın fəaliyyəti ilə əlaqədar onun dövlət orqanları, digər hüquqi və fikizi şəxslərlə olan münasibətlərinin hüquqi nizamasalınması işinə rəhbərlik edir, departamentin işçilərinə rəhbərlik edir və onlar arasında vəzifə bölgüsü aparır, yuxarı rəhbərlik tərəfindən departament qarşısında qoyulmuş məqsəd və hədəflərə çatmaq üçün bütün zəruri tədbirləri görür və bu sahədə tabeçiliyində olan işçilərin fəaliyyətini istiqamətləndirir.
Vəzifə öhdəlikləri:
- Bankın Strateji inkişaf planının Hüquq Departamentinin fəaliyyətinə aid bölmələrinin hazırlanmasında iştirak edir, Departamentin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
- Hüquq Departamentinin fəaliyyəti ilə bağlı olan Bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır və İdarə Heyətinə təqdim edir;
- Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin iclas protokollarının, İdarə Heyəti üzrə əmr və sərəncamların hazırlanmasını hüquqi cəhətdən dəstəkləyir, onların ekspertizasını həyata kecirir və rəy verir;
- Bankdaxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
- Bankın emissiya prospektinin, emissiya prospekti üzrə səhm sertifikatları nümunələrinin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
- Bankın hüquqi sənədlərinin, o cümlədən nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
- Bankdaxili tələbdən asılı olaraq filial, şöbə rəhbərlərinə və digər əməkdaşlara Bankın etibarnaməsinin verilməsini və vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin edir;
- Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir və Bankın maraqlarına cavab verməsini təmin edir;
- Bankda yeni filial, şöbə və nümayəndəlikərin açılması üzrə hüquqi sənədləri hazırlayıb, Mərkəzi Banka təqdim edilməsini təmin edir,
- Bankın filial, şöbə və nümayəndəliyinin bağlanması ilə əlaqədar sənədləşdirilmələri həyata kecirir;
- Bankın sığortalanmasını (BBB, icbari sığortalar, əmlak və məsuliyyət sığortaları, işçilərin həyat sığortası və s.) hüquqi cəhətdən müşayiət edir;
- Bankda keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
Namizədə qarşı tələblər:
- Hüquq üzrə ali təhsilin olması (LLM dərəcəsi arzuolunandır);
- Maliyyə sektoru haqqında aydın təəssüratının olması;
- Hüquq sahəsində 5 il və idarəetmə vəzifədə 3 il iş təcrübəsinin olması;
- Azərbaycan və İngilis dillərində səlis yazı və danışıq bacarığının olması;
- Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığının omlası;
- Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlıq, dəqilik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
- Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarəetmək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq Departamentinin direktoru” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın