Vakansiya! Mühasib vəzifəsində çalışmaq imkanı

Vakansiya! Mühasib vəzifəsində çalışmaq imkanı

MS Office bilikləri, xüsusilə güclü MS Excel biliyi olmalıdır.

Vəzifə: Accountant
İşəgötürən: Avirtel LLC 

Ali təhsilli, eyni vəzifədə ən az 2 il təcrübə və yaxud 3 il mühasib köməkçisi vəzifəsi üzrə təcrübə

Yaxşı MS Office bilikləri, xüsusilə güclü MS Excel biliyi, sərbəst və müstəqil işləmə bacarığı

Mühasibin işə götürülməsi və işdən çıxarılması şirkətin İcraçı direktorunun əmri ilə həyata keçirilir.

Mühasib Azərbaycan Respublikasının vergi və əmək məcəllələri ilə, kommersiya şirkətlərinin maliyyə və mühasibatlıq fəaliyyətləri ilə əlaqədar hüquqi və normativ qanunvericilik ilə yaxından tanış olmalıdır.

1. Öhdəliklər

Mühasibatlıq və maliyyə məlumatlarını hazırlamaq, yoxlamaq, onların düzgünlüyünü, tamlığını, yerli qanunvericiliyə, şirkətin qaydalarına və prosedurlarına müvafiqliyini təhlil etmək
Əməliyyat fəaliyyətlərini əks etdirmək üçün ümumi registrı və hesab qrafikini yeniləmək və saxlamaq., mühasibatlıq işləri, sənədləri və hesabatlarında yalnışlıqları və uyğunsuzluqları araşdırmaq və aradan qaldırmaq, bütün maliyyə məlumatlarının tamlığını təmin etmək.
Pul axını və nəğd vəsait vərəqini hazırlamaq, bütün əməliyyatların düzgün və aydın yazıldığını təmin etmək, bank əməliyyatlarını icra etmək

Əsas vəsaitlər jurnalının və amortizasiya cədvəlinin saxlanmasına yardım etmək
İnventarların siyahısının və hesabatının saxlanmasına yardım etmək



Müştərilərə hesab-faktura göndərilməsini, əldə ediləcək hesabların yığılması və müştərilərdən gələn ödənişlərin işlənilməsini idarə etmək

Bütün təchizatçı hesab-fakturalarını yoxlamaq, məxaricləri təsdiq üçün hazırlamaq, ödənilməli hesabların hesabatını saxlamaq
İşçilər üçün əmək haqqının hesablanması və hazırlanması,əmək haqqı prosesləri ilə uyğunluğunun təmin edilməsi, sosial müdafiə fondunun təzminatlarını, vergiləri və digər deduksiyaların hesablanması və yaradılması

Maliyyə və mühasibatlıq fayllarını ətraflı və dəqiq, sənədləşdirməyə olan tələblərə, qaydalara və prosedurlara müvafiq sığortalamaq və saxlamaq.
Maliyyə müdirinin tapşırığına əsasən həm ilkin (balans vərəqləri, gəlir və xərc bəyanatları), həm də ikinci dərəcəli aylıq, rüblük, yarımillik və illik maliyyə hesabatlarının hazırlanmasına yardım etmək;

ƏDV daxil olmaqla vergilərin dəqiqliklə hesablanması, ödəniş, hesabatlılıq və digər vergi tələbləri ilə uyğunluğunu təmin edərək aylıq vergi bəyannaməsinin hazırlanmasına yardım etmək
Qanunun tələbinə əsasən hökumət orqanları üçün aylıq, rüblük, yarımillik və illik vergilərin, statistik hesabatların hazırlanmasına yardım etmək.
Uğurlu əməkdaşlıq şəraitində və lazımi məlumatları təmin etməklə ilin sonunda auditlərin tamamlanmasını təmin edərək daxili və xarici auditorlarla yaxından əməkdaşlıq etmək
Rəhbərliyin tapşırdığı digər məsələləri icra etmək

Namizedlerin biliyi test vasitesi ile yoxlanacaqdir.

Cvlerinizi movzu xanasinda Mühasib yazaraq [email protected] unvanina gondermeniz xahish olunur.

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər