Vakansiya! Rabitabank-dan iş elanı

Vakansiya! Rabitabank-dan iş elanı

Bakı və region filiallarında filial müdiri işləmək imkanı

Vəzifə: Filial Müdiri (Bakı və region filialları)
Şirkət: Rabitabank

Əsas vəzifələri:

    Banka gələn müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
    Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
    Filialın müştəri bazarını genişləndirmək,yeni müştərilərin cəlb edilməsini təmin etmək;
    Bankın təklif etdiyi bütün növ bank məhsullarının satışını təşkil etmək;
    Filialın büdcəsinin və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
    Filialın Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
    Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;


Namizədə olan tələblər:

    Ali iqtisadi və ya hüquqi təhsili və bank sistemində azı 3 il iş stajı, yaxud ali təhsili və qeyri bank sistemində azı 5 il iş stajı ;
    Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı ;
    İşgüzar ünsiyyət qurmaq qabiliyyəti;
    Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
    Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilmək;

CV formasını doldurub, aşağıdaki ünvanlara göndərə bilərsiniz:

Rabitəbank

28 May küçəsi, 33,

E-poçtu: [email protected]

Məktubun mövzusunda vakansiyanın adını qeyd etməyinizi xahiş edirik.

Namizədlər müvafiq işə qəbul prosedurlardan keçirlər. Testi keçməyən şəxslərə iki həftə ərzində elektron poçt və ya telefon vasitəsi ilə məlumat verilir.

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın