
Vakansiya! Büdcə və İdarəetmə Hesabatları üzrə Nəzarətçi işləmək imkanı
İqtisadiyyat və Biznesin təşkili üzrə bakalavr dərəcəsi olmalıdır. MBA olmasına üstünlük verilir.
Vəzifə: Büdcə və İdarəetmə Hesabatları üzrə Nəzarətçi
İşəgötürən: Norm MMC
İXTİSAS GÖSTƏRİCİLƏRİ
Təhsil və İş təcrübəsi
• İqtisadiyyat və Biznesin təşkili üzrə bakalavr dərəcəsi. MBA olmasına üstünlük verilir.
• ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmaq
• BMHS-ə uyğun olaraq mühasibat uçotu aparan şirkətin maliyyə şöbəsində 4 + il təcrübəyə malik olmaq, 2 il müddətinə Büdcə Nəzarətçisi / Hesabat Analitiki vəzifəsində işləmək
• Bir istehsal şirkətində təcrübəyə malik olmaq böyük üstünlükdür
Digər bacarıqlar / biliklər
• Güclü maliyyə, biznes və analitik bacarıqlar
• MHBS üzrə güclü biliklər və əvvəlcədən MHBS hesabatı haqqında güclü biliklərə sahib olmaq
• Azərbaycan və ingilis dillərini sərbəst bilmək
• MS Excel üzrə güclü biliyə sahib olmaqla yanaşı, Microsoft Office bacarıqlarının üstün səviyyədə olması
• Müəssisənin mühasibat proqram ilə bağlı güclü təcrübəyə malik olmaq. SAP üzrə təcrübənin olması böyük üstünlük hesab olunacaq.
• Əvvəlcədən Big-4 audit şirkətlərində maliyyə yoxlamaları üzrə təcrübə keçmək üstünlük hesab olunur
• Fəaliyyət göstərən aspektlərinin əsaslı şəkildə anlaşılmasını dərhal həyata keçirmək və "ümumi vəziyyətin" çox yaxşı şəkildə anlaşılmasına nail olmaq
• Detallara əhəmiyyət vermək və problemləri təhlil edərək aradan qaldırmaq.
• Güclü ünsiyyət bacarıqlarına sahib olmaq, bir çox tapşırıqları yerinə yerimək qabiliyyətinə malik olmaq, işi müəyyən edilmiş müddət ərzində başa çatdırmaq və stress altında işləməyi bacarmaq
• Mükəmməl bir komanda işçisi olmaq
ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
• Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş Büdcə ilə bərabər olmasını yoxlamaq
• illik büdcə prosesinə, o cümlədən büdcənin fəaliyyət və kapital xərclərinin və pul vəsaitlərinin proqnozlaşdırılması da daxil olmaqla, dövriyyə kapitalının idarə olunması üzrə tələblərinin bütün aspektlərinin hazırlanmasına nəzarət etmək
• Audit hesabatları da daxil olmaqla, Maliyyə şöbəsi tərəfindən verilmiş bütün aylıq maliyyə hesabatları, xərclər üzrə hesabat, büdcə və proqnozlaşdırma hesabatlarının düzgünlüyünə nəzarət etmək. Müntəzəm olaraq aylıq sınaq balansını gözdən keçirmək
• Maliyyə sistemlərinin səmərəli şəkildə fəaliyyət göstərməsi üçün sistemin idarə olunmasına nəzarət etmək və mövcud maliyyə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən prosedurların inkişafına dəstək vermək. Mühasibat uçotu və inzibati nəzarətə baxış keçirilməsində iştirak etməklə daxili və xarici auditləri dəstəkləmək.
• Maliyyə funksiyasının daxili siyasəti və prosedurların qiymətləndirilməsi və qayda və prosedurların ən yaxşı təcrübəyə uyğunlaşdırılıması üçün dəyişikliklər etməklə bağlı tövsiyələr vermək
• Maliyyə hesabatı sistemi, mühasibat uçotu və investisiya fəaliyyəti və SAP biznes proseslərinin qiymətləndirilməsi və sistemin imkanları və nəzarət mexanizmlərinin yaxşılaşdırılması məqsədilə prosedurlar, əməliyyat sistemləri, büdcə və digər maliyyə nəzarət funksiyalarının dəyişdirilməsi üçün tövsiyələr vermək
• Xarici audit materialları ilə xarici maliyyə hesabatlarının hazırlanmasını, xarici auditorların fəaliyyətini əlaqələndirmək və onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək
• Məhsulun vahid dəyərinin təhlilinə nəzarət etmək və xərclərin azaldılması ilə bağlı olan sahələri müəyyənləşdirmək və məsləhət vermək
• Şirkətinin maliyyə direktoru tərəfindən müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək
Müraciət üçün son tarix:03/04/2015
Müraciət etmək üçün:
Mövzu hissəsində müraciət etdiyiniz vəzifəni qeyd edərək [email protected] elektron ünvanına öz CV-nizi / tərcümeyi-halınızı göndərin.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın