Vakansiya! Molbulak BOKT MMC-dən iş elanları

Vakansiya! Molbulak BOKT MMC-dən iş elanları

Əmək haqqı Razılaşma yolu ilə  
Vəzifə: Various Positions
İşəgötürən: Molbulak BOKT MMC 
Mol Bulak Bank Olmayan Kredit Təşkilatı aşağıda qeyd edilən vəzifələr üzrə işçi yığımı elan edir:

1. Ağstafa  filialının kredit meneceri
2. Tovuz filialının kredit meneceri
3. Quba filialının kredit meneceri
4. Mingəçevir filialının kredit meneceri
5. Ağdaş filialının kredit meneceri
6. Tərtər filialının kredit meneceri
7. Lənkəran filialının kredit meneceri
8. Astara filialının kredit meneceri
9. Zaqatala filialının kredit meneceri
10. Qax filialının kredit meneceri
11. İsmayıllı filialının kredit meneceri


Namizədlərə olan tələblər:

• Azərbaycan dilini mükəmməl bilmək
• Maliyyə/Kredit sahəsində minimum 3 il iş təcrübəsi
• Regionun inzibati ərazi bölgüsünü yaxşı tanıması
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması
• Yüksək idarəetmə qabiliyyəti və məntiqi biliklər
• Daxili motivasiya və prinsipiallıq
• Öyrənmək və öyrətmək bacarığı
• Əmək haqqı: Razılaşma yolu ilə

Şirkət haqda ətraflı məlumatı www.molbulak.az ünvanından ala bilərsiniz.

Vakansiyalar və namizədlərə olan tələblər ilə  bağlı ətraflı məlumatı http://molbulak.az/post/3/vakansiyalar ünvanından ala bilərsiniz.

CV-lərinizi azərbaycan və ya rus dillərində  tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə, [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə jobsearch.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

1 Komment

  1. Şəbnəm 08 İyul 2019

    Salam mən neşə ildir ki,işsizəm xahiş edirəm mənə iş tapmağımda bir köməklik göstərəsiniz ailəliyəm bir övladım var yoldaşım işləmir.Özüm texnikom bitirmişəm, kompyuter kursunu bitirmişəm.

Şərh yazın