
Vakansiya! Keyfiyyət üzrə nəzarətçi işləmək imkanı
Microsoft Office (Word və Excel) proqramlarını bilməlidir.
Vəzifə: Keyfiyyət üzrə nəzarətçi
İşəgötürən: XIRMAN
Əsas vəzifələr:
• Keyfiyyətə nəzarət sahəsinə aid sənədlərin proyektlərinin hazırlanmasında birbaşa iştirak etmək (İSO 22000 standart tələblərinə uyğun proseslər, prosedurlar, iş təlimatları, hazırlanan resepturaları və digər sənədlər);
• Yerlərdə işçilər tərəfindən İSO 22000 standartın tələblərinə riayət olunmasına nəzarət etmək;
• Dövlət tərəfindən tələb olunan və müəssisədə təsdiq olunmuş normalara, aktlara, metodikalara və iş təlimatlarına uyğun olaraq hazır məhsulun təhlükəsiz və keyfiyyətli müştəriyə çatdırılmasını təmin etmək ;
• Məhsulun hazırlanmasında istifadə olunacaq xam malların (yarımfabrikatların) keyfiyyətini normativlərə və müəssisənin spesifikasiyalarına uyğunluğuna nəzarətini aparılmaq;
• Müəssisənin HACCP qrupunun tərkibində fəaliyyət göstərərək bütün struktur bölmələrindən, mütəxəssis və digər işçilərdən vəzifə borclarının yerinə yetirilməsi üçün lazım olacaq informasiya və sənədləri (qeydləri ) İSO 22000 standartına uyğun tələb etmək;
• Bütün proses və prosedurlarına islahedici və xəbərdaredici tədbirlərin müəyyənləsdirməsində iştirak etmək , tələblərə uyğun olmayan məhsullarının dövriyyədən çıxarılması üçün tətbirlər görmək və bununla bağlı lazımı qeydlərini aparmaq;
• Müəssisədə istifadə olunan iş formaları və nəzarətdə olan sənədlərin vaxtı vaxtında aktualizasiyası üçün daimi proseslərinin monitorinqini aparılmaq;
• Rəhbərliyə qida məhsullarının təhlükəsizliyin menecmenti sisteminin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabatı təqdim etmək
Əsas tələblər:
• Ali təhsil (gida texnologiyasına aid mühəndislik, tibbi sanitariya və ya biologiya, kimya sahəsində təhsilə üstünlük verilir);
• İSO standartları tətbiq olunan qida istehsalı sektorunda ən azı 1 il iş təcrübəsi;
• Microsoft Office (Word və Excel) proqramlarından sərbəst istifadə edilməsi;
• Azərbaycan dilində sərbəst danışmalı və sənədləşdirmə aparılmalıdır. Rus dilini bilmək arzuolunandır;
• Aktiv, səliqəli və komandada işləmək bacarığı.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi [email protected] və [email protected] elektron ünvanlarına mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın