Vakansiya! Bölgə inkişaf meneceri

Vakansiya! Bölgə inkişaf meneceri

Əmək haqqı 400 AZN + faiz
Vəzifə BÖLGƏ İNKİŞAF MENECERİ

İşəgötürən Zepter International
    Şəhər
    Sumqayıt
    Yaş
    24 - 34
    Təhsil
    Ali
    İş təcrübəsi
    1 ildən 3 ilə qədər
    Telefon
    (012) 493-32-56
    E-mail
    [email protected]

İş barədə məlumat

    Zepter İnternational yüksək keyfiyyətli istehlak malları istehsal edən və bütün dünyada öz satış şəbəkəsindən və ekskluziv mağazalarından satış edən çox brendli İsveçrə şirkətidir.

    Bölgə inkişaf menecerinin məsuliyyətləri:
    - Potensial müştərilərin axtarılması
    - Şirkətin məhsullarının potensial müştərilərə tanıdılması
    - Satış əməliyyatlarının aparılması
    - Sumqayıt filialına yeni işçilərin cəlb edilməsi
    - Şirkətin Sumqayıt şəhəri üzrə artım planlarının həyata keçirdilməsi
    - Satış üzrə hesabatların aparması

    - Əmək haqqı: 400 AZN + faiz
    - İş vaxtı: həftə içi 10:00-18:00, şənbə 10:00-16:00

Namizədə tələblər

    Bölgə inkişaf menecerindən tələblər:
    - Ali təhsil
    - Təşkilatçılıq, idarəetmə və liderlik bacarıqları
    - Enerjili, yaradıcı və motivasiyalı
    - Güclü (sosial) ünsiyyet qurma bacarığı
    - 2 ildən artıq satış və marketinq təcrübəsi

    CV-nizi [email protected] ünvanına yönləndirin. Mövzu hissəsinə "Bölgə inkişaf meneceri - boss.az" yazın.

Mənbə boss.az

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın