
Vakansiya! Rabitabank-dan daha bir iş elanı
Bank sektorunda çalışmaq istəyənlər üçün
Vəzifə: Əməliyyat bölməsinin rəhbəri
İşəgötürən: Rabitabank
Vəzifə öhdəlikləri:
1.Bütün müştəri xidməti proseslərinin qaydalara uyğun olaraq və keyfiyyətli yerinə yetirilməsinə nəzarət etmək
2.Qeyri kredit məhsulları üzrə satış planlarının yerinə yetirilməsinə nəzarət etmək
3.Əməliyyatçıların bilik səviyyəsinin və səriştəsinin artırılmasını təmin etmək.
4.Müştəri xidmətləti strukturunun təçrübəçilərinə effektiv öyrənmə prossesini təmin etmək
4.Baş Ofisin qeyri kredit məhsulları sahəsində keçirdiyi layihə, tədbir və aksiyalarını filialda koordinasiya etmək
6.Əməliyyat işçilərinə müvafiq tapşırıqlar vermək (əməliyyatcılar, xəzinədar, kredit administratorları,baş əməliyyatçılar), tapşırıqların icrasına nəzarət etmək və nəticələri yoxlamaq
Vəzifəyə olan tələblər:
1.Bank sektorunda,əməliyyat sahəsində ən azı 3 il iş təcrübəsi
2.Azərbaycan dili,rus dili sərbəst, ingilis dili üstünlükdür
3. İdarəçilik qabiliyyəti
4. Müştəri ilə ünsiyyət bacarığı
5.Aktivlik və təşəbbüskarlılıq
6.Dəqiqlilik və punktuallılıq
7.Fərdi və komandada işləmək bacarığı
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın