
Vakansiya! Rabitabank-dan iş elanı
Ali İqtisadi təhsil olmalıdır.
Vəzifə: Filial müdiri/Şimal və Cənub regionları
İşəgötürən: Rabitabank OJSC
Əsas vəzifələri
• Filial hədəflərinin və Bankın strateji planlarının gerçəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərinin məhsuldar şəkildə istiqmətləndirmək;
• Filialda müştərilərə keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• Filialın müştəri bazarını genişləndirmək,yeni müştərilərin cəlb edilməsini təmin etmək;
• Filialın kredit portfelinə nəzarət etmək və gecikmiş kredit portfeli üzərində mütəmadi iş aparmaq;
• Bankın təklif etdiyi bütün növ bank məhsullarının satışını təşkil etmək;
• Filialın büdcəsinin və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
• Filialın,Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
• Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
Əsas tələblər:
• Ali İqtisadi təhsil
• Bank sahəsində və ya bank olmayan kredit təşkilatlarında ən azı 3 il iş təcrübəsi,filial müdiri olaraq 2 il iş təcrübəsi
• Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməsi
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, Rus dili biliyi arzuolunandır
• İşgüzar ünsiyyət qurmaq qabiliyyəti
• İdarəçilik təcrübəsi
• Bank sistemində səlis işləmək bacarığı
• Komandada işləmə bacarığı və problemi operativ həll etmə bacarığı
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə, [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını doldurmaqla müraciət etmələri xahiş olunur.
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın