Vakansiya! DemirBankda işləmək imkanı

Vakansiya! DemirBankda işləmək imkanı

İqtisadiyyat və ya mühasibatlıq sahəsində ali təhsil olmalıdır.

Vəzifə: Təchizat şöbəsində mühasib
İşəgötürən: Demir Bank 

İşin təsviri:

Bu vəzifədə çalışan əməkdaş qüvvədə olan qanunvericiliyə müvafiq olaraq əsas vəsaitlərin uçotunu aparır, maliyyə intizamlılığına və resursların rasional istifadəsinə əməl olunmasına yönəlmiş tədbirlərdə iştirak edir, işlədiyi sahə üzrə əsas rəsmiləşdirmələri həyata keçirir. Əsas vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında əks olunmasını təmin edir, müvafiq sahədə vergilərin hesablanmasını həyata keçirir. Eyni zamanda ən kiçik hesablamalara belə xüsusi bir diqqətlə yanaşaraq işin mükəmməl bir şəkildə yekunlaşması üçün həvəslə çalışır.
Əgər dəqiq, məsuliyyətli və incə detallara önəm verən bir xarakteriniz varsa bizə müraciət edin.   

Vəzifə öhdəlikləri:

- Daxil olan sifarişlərin icra olunması;
- Anbar uçotunun aparılması;
- Əsas vəsaitlərin uçotu və yerdəyişməsinə nəzarət;
- İnventarizasiya işi və inventarların daxili yerdəyişməsinə nəzarət;
- Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması.


Namizədə qarşı tələblər:

- İqtisadiyyat və ya mühasibatlıq sahəsində ali təhsilin olması;
- İş təcrübəsinin 5 ildən artıq olması;
- Təzyiq altında işləmək bacarığının olması;
- Müvafiq sahədə mövcud olan normativ hüquqi aktlar üzrə dərin biliklərə malik olması
- Ofis proqramları və mühasibatlıq proqramları üzrə geniş bilik və iş bacarığına malik olması
- Xarici dil biliyi arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 mart 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təchizat şöbəsində mühasib” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Mənbə jobsearch.az

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın