
Vakansiya! Rabitabank-dan iş elanı
Ali hüquqi təhsil olmalıdır.
Vəzifə: Problemli Kreditlərlə iş departamentinin direktor müavini
Şirkət: Rabitabank
Vəzifəyə olan tələblər:
Ali hüquqi təhsil
Hüquq sahəsində ən azı 4-5 il iş təcrübəsi
Microsoft Office proqramlarında işləmə bacarığı
İdarəçilik qabiliyyəti
Müştəri ilə ünsiyyət bacarığı
Komandada və fərdi işləmək qabiliyyəti
Əsas vəzifələr:
Departamentin idarə edilməsini həyata keçirtmək;
Departamentin işini düzgün təşkil etmək;
Departamentin həll edilməsinə verilmiş problemli kredit işlərinin mümkün effektiv həlli üçün tədbirlərin həyata keçirilməsini təmin etmək;
Problemli kreditləri təhlil etmək və problemin yaranma səbəblərini araşdırmaq;
İşçilərin icra edilməsinə verilmiş işlərin mərhələlər üzrə və bankdaxili qaydalara uyğun aparılmasina nəzarət etmək;
Departamentin aylıq hesabatlarını hazırlamaq və rəhbərliyə təhvil vermək.
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə
[email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın