Vakansiya! Vijn Fond Azerkreditdən daha bir iş elanı

Vakansiya! Vijn Fond Azerkreditdən daha bir iş elanı

Kredit mütəxəssisi işləmək imkanı

Vəzifə Kredit mütəxəssisi
İşəgötürən Vijn Fond AzərKredit (Horadiz filialı)

Contact Email: [email protected]


Əsas vəzifə və öhdəlikləri:

    AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
    Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
    Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
    Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək;
    Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
    Kredit ərizələrini qəbul edir, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparır;
    Zəruri olduqda girov kimi təqdim olunan əmlakın tədqiqini həyata keçirir;
    Kredit ərizələrini hazırlayır və filialın kredit komitəsinə baxılmaq/təsdiq olunmaq üçün təqdim edir;
    Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görür;


Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

    Ali təhsil;
    İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil arzuolunandlr;
    Oxşar və ya hər hansı satış sahəsi üzrə təcrübəsi olan namizələrə üsünlük verilir;
    Kiçik bizneslə iş sahəsində müvafiq təcrübə;
    Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
    Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
    Əla ünsiyyət bacarığı;
    İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
    Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
    Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
    Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
    İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq  e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Horadiz Kredit Mütəxəssisi’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]
Fax: (012) 597 30 39            
www.azercredit.az

Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın